Yuxarı

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının Bakıdakı səfirinin Azərbaycan Respublikasındakı bir jurnalistlə müsahibəsi İranda çoxlu mənfi reaksiyalarla qarşılanıb.

Axar.az xəbər verir ki, bu sözlər İranın “Tasnim” agentliyinin yazısında qeyd olunub.

“Müsahibə İranın Bakıdakı səfirliyində verilib. Hüquqi nöqteyi-nəzərdən hər hansı bir ölkənin səfirliyinin ərazisi həmin ölkənin torpağı hesab olunur və ölkəmizin səfirliklərinin məsul şəxsləri islam İranının adət-ənənələrinə riayət etməlidirlər.

Üstəlik, qadın jurnalist bu müsahibədə hicabsız və daha da pisi, hicaba riayət etməyin qanuni tələb olmadığı ölkələrdə qadınların rəsmi geyimindən də aşağı görkəmdə iştirak edib ki, bu da İran ərazisində münasibətlərdə təhqir hesab olunur. Amma təəssüf ki, İran səfiri bu təhqirə heç bir reaksiya vermədi.

Bundan başqa, jurnalist Azərbaycan Respublikasının bayrağını yanına qoyub, halbuki, müxbir həmin ölkənin rəsmisi sayılmır. Jurnalistin belə bir addımı həmin ölkədə İran rəsmisinə qarşı bir növ təhqirdir və təəssüf ki, bu, səfir tərəfindən layiqli cavabla qarşılanmadı.

Bir çox formal problemlərlə yanaşı, səfirin müsahibəsi də bir çox məzmun problemi ilə üzləşdi. Cənab Musəvi müxbirin diqqətçəkən və problemli suallarına münasib və düzgün cavablarla və şərəf və həqiqət mövqeyindən cavab vermədi, əksinə, ittiham və zəifliyi qəbul edən mövqedən yanaşdı”, - agentlik bildirib.

Yazıda digər ölkələrdə, xüsusilə də Avropada belə səhvə yol verən səfirlərin vəzifələrindən azad edildikləri diqqətə çatdırılıb:

“Bundan əvvəl İranın Avropa ölkələrindəki səfirlərindən biri qonaqları qəbul edərkən diqqətsizliyi və İran adət-ənənələrinə və münasibətlərinə riayət etmədiyi üçün vəzifəsindən azad edilmişdi.

Ümid edirik ki, İranın Azərbaycan Respublikasındakı səfiri cənab Abbas Musəvi bu kobud səhvə görə və müsahibəsində İran İslam Respublikasının mövqelərini layiqincə müdafiə edə bilmədiyi üçün öz yerini bölgə ölkəsi ilə incə münasibətlərdə bu səhvlərdən azad olan başqa bir şəxsə verəcək”.

Qeyd edək ki, söhbət İran səfirinin Baku TV-yə müsahibəsindən gedir.

Tarix
2024.03.29 / 11:32
Müəllif
Gülnar Fərhad
Şərhlər
Digər xəbərlər

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla