Yuxarı

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Baydenin təklifi ilə aprelin 11-də Vaşinqtonda Yaponiya Baş naziri Fumio Kişida və Filippin Prezidenti Ferdinand Markosla üçtərəfli görüş keçiriləcək. Bu görüşdə üçtərəfli iqtisadi əməkdaşlığın inkişafı yolları, yeni texnologiyalar və təhlükəsizlik mövzuları müzakirə ediləcək. Əslində Vaşinqton yeni üçlü ittifaqı Çinə qarşı formalaşdırmağa çalışır. Hər 3 ölkənin Çinin siyasəti ilə bağlı narahatlığı var.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, aprel ayında Vaşinqtona yalnız Yaponiya Baş naziri Fumio Kişidanın səfəri nəzərdə tutulmuşdu. Ancaq daha sonra Ağ Ev Filippinin prezidentini də eyni gündə Vaşinqtonda görmək istədi:

“Tokio buna etiraz etmədi, əksinə, üçlü müzakirənin ümumi işin xeyrinə olacağını qəbul etdi.

Üçlü ittifaqın Çinə qarşı olacağı rəsmi şəkildə elan edilməyib. Ancaq Vaşinqton son illərdə Çin ətrafında müxtəlif ittifaqlar formalaşdırıb, siyasi ekspertlər ABŞ-Yaponiya-Filippin üçlüyünün də bunlardan biri olacağı qənaətindədirlər. Dövlət katibi Entoni Blinken martın 19-da Filippinə səfəri zamanı əsas müzakirəni Çinin siyasəti ətrafında aparıb.

Filippinlə Çin arasında gərginlik hərbi gəmilərin dənizlərdə bir-birinə yaxınlaşmasıyla əlaqəlidir. Filippin hərbçiləri ötən il Çini Cənubi Çin dənizində “təhlükəsiz olmayan hərəkətlərə” son qoymağa çağırmışdılar. Çin hərbi gəmisi Filippin hərbi gəmisini sıxışdırıb yolunu dəyişdirməyə məcbur etmişdi. Çin bütövlükdə Cənubi Çin dənizinə nəzarət etmək istəyir. Çünki dənizin bu hissəsində hər il 3 trilyon dollardan çox dövriyyənin olduğu gəmilər yük daşıyırlar. Filippin Çinin dənizin tamamına iddiasını qəbul etmir.

Filippin Prezidenti Ferdinand Markos ölkəsində ABŞ-a məxsus hərbi bazaların yerləşməsinə şərait yaradıb. Bu, iki ölkə arasında hərbi ittifaqı gücləndirib. ABŞ Filippinə yatırımlarını artırıb, bu ölkədə texnoloji sənaye müəssisələrinin açılmasına dəstək verib. Filippin Prezidenti Ferdinand Markos ötən il Vaşinqtona səfər edib. Apreldəki səfər zamanı hərbi əməkdaşlığın inkişafına təkan verməlidir. Tokio da Cənubi Çin dənizindəki durumdan narahatdır. Yaponiya baş naziri hesab edir ki, bu gün Ukraynada baş verənlər yaxın müddətdə Şərqi Asiyada da baş verə bilər”.

Tarix
2024.03.29 / 12:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla