Yuxarı

Həbsdə olan jurnalistlər azad edildi – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsdə olan jurnalistlər azad edildi – Video

Türkiyədə həbs olunan "Cümhuriyyət" qəzetinin baş direktoru Can Dündar və qəzetin Ankara təmsilçisi Ərdəm Gül gecə saat 03:15-də Silivri həbsxanasından azad edilib.

Axar.az xəbər verir ki, ağ mikroavtobusla həbsxanadan çıxan jurnalistləri cəza evinin qarşısında həyat yoldaşları Dilək Dündar, Əsli İşıq Gül, uşaqları, Dündarın anası Öznur Dündar, CHP sədrinin köməkçisi Sezgin Tanrıqulu, CHP İstanbul millət vəkili Ərən Ərdəm, müğənni və yazar Zülfü Livaneli, jurnalist-yazar Nebil Özgəntürk, qohumları, həmkarları və dostları alqışla qarşılayıb.

Həbsxananın qarşısında açıqlama verən Can Dündar sözlərinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum gününü təbrik etməklə başlayıb:

"Sizi bu saata qədər gözlətdiyimizə görə üzr istəyirik. Əslində, bizi gözlədənlərin əsil niyyəti 25-dən 26-na keçməsi idi. Bilirsiniz, bu gün cənab Prezidentimizin doğum günüdür. Ad gününü təbrik edirəm. Belə bir qərarla ad gününü təbrik etməkdən qürur duyuruq. Biz evlilik ildönümümüzdə həbsə girmişdik, bizə içəri atmışdılar deyək. Biz də ad günündə ona doğum günü hədiyyəsi vermək istədik".

Tarix
2016.02.26 / 10:11
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla