Yuxarı

Bu günün hava proqnozu: yağış yağacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu günün hava proqnozu: yağış yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində zəif dumanlı olacağı gözlənilir. Axşam havanın tutulacağı, gecəyə doğru bəzi ərazilərdə az yağıntılı olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 8-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində, axşam isə ayrı-ayrı yerlərdə az yağıntılı olacağı, zəif qar yağacağı ehtimal olunur. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Tarix
2014.02.08 / 00:02
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla