Yuxarı

İranın bəzi rəsmiləri o qədər həyasızlaşıb ki... - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın bəzi rəsmiləri o qədər həyasızlaşıb ki... - Deputat

İranın bəzi rəsmi şəxsləri o qədər həyasızlaşıblar ki, qonşu ölkəyə qarşı açıq təhdidlə danışır, müxtəlif çağırışlar edirlər.

Axar.az xəbər verir ki, bu sözləri Report-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Iran parlamenti deputatının Bakıdakı İsrail səfirliyinə zərbə endirmək çağırışına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycandakı xarici diplomatlar ölkənin müsafirləridir:

"Biz iki dövlət arasında olan münasibətlərin hansısa bir şəkildə Azərbaycana köçürülməsinə qarşıyıq. Ona görə də, bunu çox məsuliyyətsiz və həyasız bir bəyanat hesab edirəm. İranlı deputatın bu fikrini Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə qarşı atılan addım kimi qiymətləndiririk".

F.Mustafa düşünür ki, belə bəyanatlar terrorçu dövlət anlayışına, terrorçu xarakterə sahib olan qüvvələr tərəfindən səsləndirilə bilər:

"Bu heç bir halda insanlıq davranışı deyil. Ümid edirəm ki, İran rəsmiləri bu deputatı mənasız açıqlamalarına görə ən azı tənbeh edəcəklər. Çünki bu bütünlükdə iki ölkə arasında münasibətlərin tamamilə pozulması anlamına gələ bilər. Azərbaycan bunu heç bir halda görməzdən gəlməyəcək".

Xatırladaq ki, İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Dəməşqdəki İran konsulluğunu bombalamasına cavab olaraq, İsrailin Bakıdakı səfirliyinə zərbə endirməyə çağırıb.

Tarix
2024.04.02 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla