Yuxarı

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Azərbaycan 2023-cü ilin payızında Qarabağda antiterror tədbirləri keçirdikdən sonra Rusiya sülhməramlı kontingentinin (RSK) bölgədə qalması zərurəti aradan qalxdı.

Axar.az xəbər verir ki, bu sözləri Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov Azərtac-a bildirib.

“RSK-nin Qarabağdan çıxarılması tamamilə Rusiya ilə Azərbaycan arasındakı razılaşmalara uyğun olaraq həyata keçirilir. Rusiya sülhməramlıları öz öhdəliklərini tam yerinə yetirdilər. Bu öhdəlik, ilk növbədə, Soçi razılaşmalarından sonra tərəflər arasındakı münaqişənin yoluna qoyulmasından ibarət idi. Azərbaycan hakimiyyəti tərəfindən Qarabağda antiterror tədbirləri həyata keçirildikdən sonra vəziyyət tamamilə dəyişdi, nəticədə erməni qoşunları təslim oldu və bölgədən çıxarıldı. Buna görə də tərəflər arasında münaqişənin həll edilməsi zərurəti aradan qalxdı”, - deyə politoloq vurğulayıb.

Markov xatırladıb ki, Ermənistan tərəfi dinc erməni əhalisinin Qarabağdan təxliyəsini təşkil edib:

“Bir müddət RSK Qarabağ ərazisində qalmalı oldu, lakin kontingentin orada heç bir işi yox idi. Azərbaycan hakimiyyəti erməni millətindən olan mülki əhalinin bir hissəsinin Qarabağa qayıdacağına ümid etdiyinə görə sülhməramlılar orada qalmaqda davam etdi. Lakin Ermənistan hakimiyyəti bununla bağlı çoxsaylı maneələr yaratdı, dinc erməni əhalisini qorxutmağa, sərt anti-Azərbaycan kampaniyası aparmağa başladı. Nəticədə isə belə məlum oldu ki, kütləvi qayıdış olmayacaq. Bu şərtlərə əsasən, Rusiya sülhməramlıları bölgəni tərk etmək qərarına gəldilər”.

Tarix
2024.04.17 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla