Yuxarı

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayrağın yandırılması HƏMAS-ın döyüşçü pafosunun, terror estetikasının təzahürüdür.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Respublika Naminə Partiyasının sədr müavini Ruben Mehrabyan İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması haqqında deyib.

“Bu, gücün deyil, hərbi acizliyin təzahürüdür, dövləti olan xalq düşmən olsa da, başqa dövlətin bayrağını yandırmaz. Oxşar addımları öz gücsüzlükləri əsasında bu əməliyyatla məşğul olan Yaxın Şərqdəki terror qrupları da edir. Bütün bunları niyə erməni reallığına əlavə edirlər? Gənclərin beynini o qədər yumaq olmaz ki, guya bu döyüşkən pafos gücün təzahürüdür. Bu, ayıbdır, simvollar üzərində özünü təsdiqləməkdir. Bu, düşmənlərimizə, rəqiblərimizə və dövlətin bədxahlarına heç bir zərər verməz, gətirəcəyi tək şey isə nifrət və acizlikdir. Bəs niyə özümüzə qarşı belə hisslər yaradırıq?” - o bildirib.

Üçmiədzindən İrəvana qarşı təhqirlərə toxunan siyasətçi qeyd edib ki, bütün bunların dövlət həyatına, demokratik cəmiyyətə, “qurbanların” xatirəsini ehtiramla yad etməyə, ümumiyyətlə, özünə hörmətlə heç bir əlaqəsi yoxdur:

“Kilsə Ermənistan Respublikasının mövcudluğu ilə barışmayıb. Hətta yüksək rütbəli ruhanilərin çıxışlarında birbaşa qeyd olunur ki, ya dövlət, ya kilsə olmalıdırsa, dövlət olmamalıdır. Hələ bu adamların öz əməlləri ilə başqa dövlətə xidmət etməsini demirəm. Onlar ruhani deyillər, şarlatanlardır, kimi və niyə təhqir etdiklərinin fərqi yoxdur. İstənilən vəziyyətdən daxili siyasi qarşıdurmaların qızışdırılması üçün istifadə olunur. Bu cəhdlərin qarşısını almaq üçün burada dövlətin görəcəyi iş var, çünki demokratiya, bəli, bütün azadlıqları ifadə edir, lakin demokratiya həm də qanunun aliliyi deməkdir və yalnız dövlət qanuni qüvvəni tətbiq etməklə qanunun qoruyucusudur”.

Qeyd edək ki, 23 apreldə İrəvanda növbəti dəfə Azərbaycan və Türkiyə bayraqları yandırılıb.

Tarix
2024.04.25 / 12:27
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla