Yuxarı

"Bu, Azərbaycan və Ermənistanı bir-birindən ayırır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ yarası indiyədək Azərbaycan və Ermənistanı bir-birindən ayırmaqdadır.

Report xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini öz bloqunda Bakı və İrəvana səfərlərinin yekunları ilə bağlı açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa Birliyinin gündəliyindədir və AB öz xüsusi nümayəndəsi vasitəsi ilə prosesi müşahidə edir.

"Mən Azərbaycan və Asiya arasında körpü olan Azərbaycan və Ermənistandan yenicə qayıtmışam. Bu iki dövlət çətinlik və ziddiyətlərə baxmayaraq kövrək demokratiyanı möhkəmləndirməyi davam etdirir. Mən səfər zamanı Avropa Birliyi üçün mühüm tərəfdaş olan ölkələrin təkcə hökumətləri ilə deyil, həm də vətəndaş cəmiyyəti və QHT nümayəndələri ilə görüşdüm", - deyə ali nümayəndə qeyd edib.

Moqerinin sözlərinə görə, Bakıya səfər Cənubi Avropada enerji təhlükəsizliyi üçün başlıca əhəmiyyət kəsb edən böyük layihə - "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının iclasında iştirak etdim.

"Eyni zamanda, bu layihə strateji cəhətdən mühüm regionda qarşılıqlı fəaliyyət potensialının dərinləşdirilməsi və genişləndirilməsi baxımından layihə iştirakçısı olan ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Bakıda mən, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdüm və onlarla regionda, eləcə də İran, Türkiyə və Rusiyadakı vəziyyəti müzakirə etdim. Biz, həmçinin Azərbaycan-AB münasibətlərinə də toxunduq", — deyə diplomat bildirib.

Tarix
2016.03.04 / 23:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla