Ana səhifə Gündəm |
Azərbaycan İsrailin bölgədəki yuvasına, bölgənin ikinci İsrailinə çevrilib.
Axar.az xəbər verir ki, bunu Parsabad şəhərinin cümə imamı Ələkbər Bagiri Binabi deyib.
Azərbaycan hakimiyyətinə qarşı təhqir və təhdidlər səsləndirən din xadimi rəsmi Bakının İsrailə dəstək verdiyini deyib, buna görə vətəndaşları iğtişaş və təxribata çağırıb.
Binabi Azərbaycan hüquq-mühafizə orqanlarının həbs etdiyi İrana bağlı qüvvələri ölkədə “islam və əxlaqi dəyərlərin mühafizəçiləri” adlandırıb:
“Azərbaycan şiələri qeyrət göstərib və bu vəziyyəti dəyişməlidirlər. Ümid edirik ki, Taleh Yusifov və başqa şəhidlərin qanları nəticə verəcək və tezliklə bu şiə yurdu azad olacaq”.
Xatırladaq ki, terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olan Taleh Yusifov Suriyada SEPAH-ın nəzdində qanunsuz silahlı qruplaşma tərkibində döyüşüb. O, Suriyadan Rusiyaya gedib, 2022-ci ildə isə Azərbaycan Respublikasına ekstradisiya edilib. Yusifov cari ilin aprelin 22-də İran və Suriyada olduğu zamanlar davamlı istifadə etdiyi narkotik maddələrin fəsadlarından irəli gələn xəstəlik səbəbindən həbsxanada ölüb.
Tarix
2024.05.16 / 14:14
|
Müəllif
Cavidan Elbars
|