Yuxarı

Şahramanyan ifşa etdi: Qarabağdakı “ordu” kimə tabe idi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahramanyan ifşa etdi: Qarabağdakı “ordu” kimə tabe idi?

Xəbər verdiyimiz kimi, ötən gün parlamentdə çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş Qarabağ separatçı dəstəsinin 2 saat ərzində təslim olduğunu və Azərbaycana milyardlarla dollar dəyəri olan silahları işlək vəziyyətdə, döyüş sursatları ilə birgə təhvil verdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Paşinyan bu sözləri deyərkən Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabrındakı 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı və Qarabağdakı separatçıların tam təslim olmasını nəzərdə tutub.

28 sentyabr 2023-cü ildə separatçı və qanunsuz qurumun buraxıldığını elan edən baş separatçı Samvel Şahramanyan isə Paşinyanın bu sözlərinə qarşı çıxıb. O bildirib ki, Qarabağdakı silahlılar heç vaxt müstəqil olmayıb, onlar Ermənistan ordusunun tərkibində fəaliyyət göstərib və Ermənistan Baş Qərargahından da idarə edilib.

O, bu sözlərinə Qarabağdakı separatçıların "təhlükəsizlik şurasının katibi" olmuş Samvel Babayandan sitatı əlavə edib. Belə ki, Babayan da "Qarabağ ordusunun" "son günə kimi Ermənistan hökumətinə tabe olduğunu və Ermənistan Müdafiə Nazirliyinin struktur bölməsi kimi fəaliyyət göstərdiyini" deyib.

"Orada milyardlarla silah qoymağımızla bağlı isə demək istəyirəm ki, Nikol Paşinyan bu silahların kimin balansında olduğunu, onlara kimin cavabdeh olduğunu yaxşı bilməli idi", - Şahramanyan vurğulayıb.

Başqa sözlə, bu vaxta qədər guya "müstəqil fəaliyyət" göstərdiklərini iddia edən Qarabağdakı keçmiş separatçılar Azərbaycan torpaqlarını işğalda saxlayan qüvvələrin məhz Ermənistan ordusu olduğunu, Ermənistandan maliyyələşdiyini, Qarabağdakı bütün silah-sursatın Ermənistan Müdafiə Nazirliyinin balansında olduğunu etiraf etməklə əslində 30 illik yalanlarını ifşa ediblər.

Tarix
2024.06.14 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

İlham Əliyev Tokayevi təbrik etdi

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla