Yuxarı

İran özünüxilas üçün İsrailə daha bir qurban verir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS-ın ötən ilin oktyabr ayında İran və Rusiyanın yönləndirməsi ilə İsrailə hücumundan sonra Yaxın Şərqdə tarazlıq dəyişdi. Ancaq heç bir şey Qəzzada İsrailin etdiklərinə haqq qazandıra bilməz. Digər tərəfdən, rəsmi Təl-Əviv sərhəd təhlükəsizliyi və sabitliyi qorumaq hüququndan daha geniş formada istifadə etmək istəyir.

Bu sözləri Axar.az-a İsrail və Livan arasında müharibənin başlaması halında bunun geosiyasi vəziyyətə mümkün təsirləri haqqında danışan Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay deyib.

Alim İsrailin tələsdiyini və ABŞ-da prezident seçkiləri bitənədək əsas hədəflərinə çatmağa çalışdığını bildirib:

“İran və Rusiyanın HƏMAS ilə göz dağı vermək həmləsinə qarşı İsrail də beynəlxalq aləmdə hüquqi zəmin formalaşdıraraq, Tehranın proksilərinə qarşı hərəkətə geçib. İndi isə növbənin Hizbullaha çatdığını deyə bilərik. İsrail bu müharibənin Livana yox, tamamilə Hizbullaha qarşı olduğunu əsaslandırmağa və izah etməyə çalışır. Fikrimcə, Hizbullah məsələsində də İran İsrailə qarşı birbaşa addımlar atmayacaq. Hətta İranın Hizbullahı İsrailə qurban verməklə öz gələcəyini qurtarma planı üzərində işlədiyini də demək olar. Əsas məsələ bu toqquşmanın regional münaqişəyə çevrilməsi riski ilə bağlıdır. ABŞ seçkiləri bitənə qədər Rusiya Ukraynada, İsrail isə bölgədə müxtəlif qruplara qarşı şiddəti artıracaq. Çünki hərəsinin özünə görə hesabı var. Baydenin hakimiyyətdən getməsi halında Rusiyanın tutduğu əraziləri əlində saxlamaqla atəşkəs müqaviləsi imzalama ehtimalı çoxdur. İsraillə bağlı isə bu tam əksinə ola bilər”.

Ekspertin sözlərinə görə, hamını düşündürən ən vacib məqam sözügedən müharibələrin dünya müharibəsinə çevrilməsi təhlükəsidir:

“Bu da proseslərin inkişafından, qütbləşmənin kəskinləşmə səviyyəsindən və bir sıra digər faktorlardan asılı olacaq”.

Tarix
2024.07.04 / 12:12
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri üçün yeni era Şuşada başladı

Əliyev dəvət etdi: Pezeşkianın ilk xarici səfəri hara olacaq?

TDT liderləri Azərbaycana təşəkkür etdi

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Tam mətn

Hakan Fidan: Can Azərbaycanı buna görə təbrik edirəm

Orban Füzuli hava limanında: səfəri başa çatdı - Foto

Özbəkistan liderinin də Şuşa səfəri başa çatdı

Tokayevin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev TDT liderlərinə ziyafət verdi - Foto

Japarovun Şuşa səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla