Yuxarı

Makron “haqlıdır”, Nikol o durumda deyil…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqaz siyasətini korrektə etmək istəmir. Onun son təxribatçı çıxışı buna dəlalət edir. Makronun sözlərinə görə, guya Fransa Ermənistana ona görə hərbi texnika göndərir ki, bu ölkə özünü Azərbaycandan qoruya bilsin.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, 30 ilə yaxın torpaqlarımız işğal altında olanda Ermənistanın qorunması Fransanın yadına düşmürdü, torpaqlarımızın 20 faizinin işğalını “reallıq” kimi qəbul edirdilər:

“Elə ki, Azərbaycan torpaqlarını azad etdi, Fransa əl-ayağa düşdü, hay-haray salmağa başladı ki, Ermənistanı qorumaq lazımdır. Ermənistanı Azərbaycanla sülhə təşviq etmək, Konstitusiyada başqalarının ərazisinə iddianın beynəlxalq hüquqa zidd olduğunu anlatmaq əvəzinə Paris gücsüz İrəvana sanki belə mesaj göndərir ki, möhkəm ol, Azərbaycan və Türkiyə ilə razılaşma, silah və sursatı biz göndərəcəyik.

Makron deyib ki, Baş nazir Nikol Paşinyanın Azərbaycana hücum etmək planı yoxdur. Həqiqətən Paşinyan o durumda deyil ki, bu haqda düşünsün, o, İkinci Qarabağ müharibəsində elə zərbə almayıb ki, yeni müharibəyə hazır olsun. Söhbət Paşinyandan getmir, baş nazirin də etiraf etdiyi ordusundakı “5-ci kolon”dan, “Yerkrapa” kimi terrorçu təşkilatların varlığından gedir ki, Azərbaycana qarşı təxribatları ilə yadda qalıblar. Makron və onun ətrafı o qədər erməni sevgisinə bürünüblər ki, Ermənistandakı təxribatçıları görməzlikdən gəlirlər”.

Politoloq Makronun 2020-ci ildə Azərbaycan “dəhşətli” müharibəyə başladığı haqda sözlərinə də toxunub:

“Makron unudur ki, onun “dəhşətli” adlandırdığı müharibə Azərbaycan ərazisində baş verib, məqsəd separatizmə son qoymaq olub. Azərbaycanın separatçılara qarşı mübarizə aparmaq hüququ var. Makron Azərbaycanın bu hüququnu tanımırsa, bu onun problemidir.

Makron açıqlamasının sonunda Ermənistanla Azərbaycan arasında sülhə dəstək verəcəyini də bildirib. Fransanın Ermənistana göndərdiyi hücum silahları sülhə yox, müharibəyə xidmət edir. Paşinyan bunu anlayanda gec ola bilər”.

Tarix
2024.07.19 / 20:54
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla