Yuxarı

Əliyev Mirziyayevə zəng edib, ad gününü təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev Mirziyayevə zəng edib, ad gününü təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də Özbəkistan Prezidenti Şövkət Mirziyayevə zəng edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Şövkət Mirziyayevi ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb.

Şövkət Mirziyayev göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər bu il iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün və bu tədbir çərçivəsində təmasların əhəmiyyətini qeyd ediblər.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Tarix
2024.07.24 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla