Yuxarı

Maliyyə Nazirliyindən “Fitç”in qərarına reaksiya

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Nazirliyi “Fitç Reytinq” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliyi tərəfindən iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edir.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

"8 ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətləndirilməsinin təzahürüdür", – açıqlamada qeyd olunub.

Bildirilib ki, dövlət qurumu "əvvəlki qiymətləndirmələrdə beynəlxalq kredit reytinq agentliklərini ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirməkdə qınamışdı".

"Sevindirici haldır ki, artıq “Fitç Reytinq” ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə dair qərar qəbul etmişdir. Ümidvarıq ki, digər beynəlxalq kredit reytinq agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər", – Maliyyə Nazirliyinin açıqlamasında diqqətə çatdırılıb.

Qeyd edək ki, “Fitç Reytinq”Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb.

Tarix
2024.07.27 / 09:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla