Ana səhifə Gündəm |
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan hava nəqliyyatı ilə 36 ölkəyə 1 milyon 833 min 520 nəfər sərnişin daşınıb.
Axar.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 ölkə (12,5%) və 33% çoxdur.
Hesabat dövründə ən çox sərnişin 500 min 478 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 71,9% çoxdur.
Siyahıda Rusiyanı Türkiyə (484 min 050 nəfər sərnişin, +20,5%) və Birləşmiş Ərəb Əmirlikləri (224 min 389 sərnişin, +37,6%) izləyib.
Təkcə iyulda isə Azərbaycandan 342 min 707 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 17,7% çoxdur. O cümlədən, ötən ay Rusiyaya səfər edənlərin sayı 20,5% artaraq, 88 min 464 nəfər olub.
Daha sonra sıralamada Gürcüstan 112 940 sərnişin (+ 42,8%), Səudiyyə Ərəbistan 67 744 sərnişin (+21%), Hindistan 59 030 (+ 8,5 dəfə), Qazaxıstan 49 843 sərnişin (+28,8%), Qətər 35 046 sərnişin (+ 2,2 dəfə), İtaliya 31 956 sərnişin (+2 dəfə) və Küveyt 28 217 sərnişin (+ 33,4%) qərarlaşır.
İlk onluğa Hindistanla Qətər və İtaliya daxil olaraq, Özbəkistanı (28 018 sərnişin, -20,3%), İsraili (25 902 sərnişin, + 10,1%) və Almaniyanı (20 156 sərnişin, + 3,8%) onluqdan çıxarıb.
Tarix
2024.08.05 / 19:33
|
Müəllif
Axar.az
|