Yuxarı

“Azərbaycana qarşı neqativ çıxışlar gözləniləndir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycana qarşı neqativ çıxışlar gözləniləndir”

"Belə bir zamanda Azərbaycana qarşı olan neqativ çıxışlar gözləniləndir".

Bu sözləri "Axar.az"a açıqlamasında İngiltərə-Azərbaycan Dostluq Qrupunun üzvü, millət vəkili Aydın Abbasov Britaniya Parlamentindəki Qarabağ müzakirələrində iki parlamentarinin Azərbaycan əleyhinə dediyi sözlərə cavab olaraq bildirdi.

Millət vəkilinin sözlərinə görə, bu məsələnin həmin deputatların şəxsi yanaşması olması ehtimalı böyükdür:

"Britaniya dövləti Azərbaycanın müstəqilliyini və suverenliyini tanıyıb. Eyni zamanda, Azərbaycanın da xəritəsi mövcuddur və bu da dünya ictimaiyyəti tərəfindən tanınmış bir faktdır. Ona görə də Azərbaycana aidiyyəti olmayan insanların çıxış edib deməsi ki, getdim Qarabağı gördüm, aşiq oldum və s... Bəli, razıyam, bizim torpaqlara baxıb aşiq olmaq olar, ancaq bizim dövlətin icazəsiylə. Əlbəttə, belə çıxış eləyən insanlara qarşı reaksiya olmalıdır. Britaniyada bizim çox böyük icmamız var. Onlar güclü iş aparırlar".

A.Abbasov hər iki Britaniya deputatına erməni lobbisinin təsir etdiyini də qeyd etdi: "Görünür, bu deputatların hər ikisi ilə fərdi qaydada iş aparılıb. Ermənilərin lobbisi uzun zamandır Türkiyə və Azərbaycana qarşı siyasət yürüdür. Belə məqamda bu suala cavab axtaraq: dünya ictimaiyyətinin qəbul etdiyi bir məsələyə qarşı çıxış edən hər hansı bu cür şəxsin fikri bizə təsir edə bilərmi? Açıq şəkildə deyə bilərik ki, xeyr!"

Qeyd edək ki, bu gün Böyük Britaniya Parlamentinin Nümayəndələr Palatasında çıxış edən deputat Stiven Paund və Cim Şenon Azərbaycan əleyhinə ifadələr işlədiblər. Onlar Dağlıq Qarabağda olduqlarını və burada iki minillik tarixi olan erməni kilsələrinə heyran qaldıqlarını deyiblər. Deputatlar həmçinin Azərbaycanda olan xristian icmasının guya polislər tərəfindən sıxışdırıldığını da deyiblər.

Tarix
2014.02.12 / 18:24
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla