Yuxarı

Deputatlığa namizədə xəbərdarlıq edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatlığa namizədə xəbərdarlıq edildi

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 77 saylı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmməd Ağalar oğlu Əliyevə dairə seçki komissiyası (DSK) tərəfindən xəbərdarlıq edilib.

Axar.az xəbər verir ki, bu barədə Report-a 77 saylı Lənkəran şəhər seçki dairəsinin dairə seçki komissiyasından məlumat verilib.

DSK-dan bildirilib ki, seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmməd Əliyevin qanunvericiliklə müəyyənləşdirilmiş seçkiqabağı təşviqat qaydalarını kobud şəkildə pozması digər namizədlərin və seçicilərin haqlı narazılığına səbəb olub:

“Namizəd Məmməd Əliyev seçkiqabağı təşviqat qaydalarını pozduğuna görə DSK tərəfindən qanunverciliyin tələblərinə uyğun olaraq, ona xəbərdarlıq edilib. Habelə təşviqat dövründə belə halların təkrarlanmasının qanunvericiliklə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görülməsinə əsas olması namizədin diqqətinə çatdırılıb”.

Tarix
2024.08.10 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla