Yuxarı

AzTV-dən "Haqqın"a böyük ittiham: Əndazəni aşdı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Televiziyası (AzTV) Feysbuk səhifəsində paylaşım edərək, Haqqın.az saytını haqsızlıqda və reketçilikdə günahlandırıb.

Axar.az xəbər verir ki, paylaşımda saytın vaxtaşırı sifarişli yazılar dərc etdiyi, AzTV-ni açıq hədəf aldığı, “peşəkar reketçilik” yolunu tutduğu bildirilib.

“Düzü, ölkədə 5-10 normal sayt varsa, onun da birinin Haqqın.az olduğunu düşünürdük. Lakin görünür, bu saytın da ya reytinqini artırmaq, ya da qazanc əldə etmək hərisliyindən artıq “peşəkar reketçilik” yolunu tutduğunun şahidiyik. Haqqın.az-ın zaman-zaman AzTV ilə bağlı sifariş qoxulu yazılarını oxumuşuq, lakin budəfəki yazı əndazəni aşdı. Yəni bu qədər də yox artıq...

Deməli, sayt dünən AzTV-nin loqosu altında “Azərbaycan televiziyası ailə zorakılığını təbliğ edir” adlı yazı hazırlayıb. Yazıda Haqqın.az əməkdaşları hər nə qədər çalışsalar da, AzTV-nin hansı zorakılığı, nə zaman və harada təbliğ etməsini nəinki əsaslandıra bilməyib, əksinə özlərini gülünc duruma salıblar. Niyə?

1. Əvvəla, Haqqın.az əməkdaşlarının nəzərinə çatdıraq ki, AzTV ölkədə ailə-məişət, tərbiyə və milli dəyərləri təbliğ edən əsas kanaldır və bu yöndə yalnız son 1 il ərzində onlarla videoçarx, sənədli və bədii filmlər hazırlanıb. Nümunə kimi şəklini verdiyiniz “Sevginin ünvanı” serialının əsas motivi də erkən nikah, narkomaniya ilə mübarizə və ailə dəyərlərinin təbliğidir. Haqqın.az əməkdaşlarına məsləhət görərdik ki, yazı hazırlamazdan öncə həmin seriala diqqətlə baxsınlar.

2. “Analitik yazı”da faktiki əksər kanallarda yayımlanan seriallardan şəkillər verilsə də, nədənsə, başlığa yalnız AzTV-nin loqosu çıxarılır. Haqqın.az əməkdaşlarına məlumat üçün deyək ki, AzTV-nin də daxil olduğu QSC özlüyündə yalnız 3 kanalı - AzTV, Mədəniyyət TV və İdman TV-ni birləşdirir. Sayt əməkdaşları ya bunu bilməyəcək dərəcədə cahildir, ya da görünür, sifarişçinin tələbindən çıxa bilməyiblər. Əks halda, heç olmasa, obyektivlik naminə başlıqda digər kanalların da loqolarını verərdilər.

3. Jurnalistikada hər hansı qurumun adı çəkilirsə, yaxud tənqid olunursa, ən azı peşə etikası həmin qurumla əlaqə saxlamağı, qarşı tərəfin də fikrini öyrənməyi tələb edir. Təbii ki, obyektiv yanaşma varsa... Yox, əgər yazı qərəz və sifariş əsasında hazırlanırsa, qarşı tərəfdən mövqe öyrənməmək də olar. Haqqın.az-ın metodu kimi...

Və sonda... Əziz həmkarlar, əgər bütün bunları sifariş yox, reytinq naminə edirsinizsə ki, AzTV-nin loqosunu görüb yazını daha çox oxusunlar, gecikmisiniz. Çünki artıq nə AzTV o AzTV-dir, nə də oxucu o oxucudur. Biz dəyişmişik. Siz də dəyişin. Adınız “haqqın”dırsa, yazdığınız da haqqına olsun. Hərçənd...”, - yazıda qeyd olunub.

Tarix
2024.09.09 / 13:09
Müəllif
Aytac Araz
Digər xəbərlər

Misirin yeni səfiri Azərbaycana gəldi

Zakir Həsənov Vyetnamın baş naziri ilə görüşdü - Foto

İsraillə Azərbaycan arasında yüksək səviyyəli görüşlər olacaq

Azərbaycan XİN Portuqaliyaya başsağlığı verdi

Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir

Xocalıda talanlar bu tarixədək davam edib - Babayan

Putin Azərbaycanla bağlı ilk dəfə bunu etiraf etdi

Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya

Əliyev əllərini təcili dezinfeksiya etməlidir - Nevzorov

Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla