Yuxarı

BRİKS-ə müraciət: Bakı və Ankara mükəmməl başa düşür...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə BRİKS-ə üzv olmaq üçün müraciət edib. Bu, onu deməyə əsas verir ki, həm Azərbaycan, həm də Türkiyə Vladimir Putinin yenidən qeyd etdiyi siyasi proseslərdə və iqtisadiyyatdakı tendensiyaları mükəmməl başa düşür.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“Bu gün BRİKS kimi birliklər Qərbin təzyiqindən və diktaturasından azad olmağa çalışan formatlar olaraq aktuallıq qazanır. Dövlətlərin getdikcə artan müstəqil siyasət yürütmək istəyi fonunda BRİKS daha da güclənir. BRİKS dövlətləri dünya ərazisinin dörddə birini tutur və planetin sakinlərinin 40 faizindən çoxunun məskunlaşdığı yerdir. Bu gün getdikcə daha çox ölkə anlayır ki, Qərbin təzyiqləri və sanksiyaları qarşısında öz bazarlarını təmin etmək və ümumi bazarlar yaratmaq lazımdır”, - o bildirib.

Siyasətçinin fikrincə, Rusiyaya dost Azərbaycanın BRİKS-ə qoşulmaq üçün real şansı var:

“Üstəlik, bütün BRİKS Rusiya və Azərbaycan ərazilərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin tam şəkildə həyata keçirilməsində maraqlıdır. Bunu nəzərə alaraq hesab edirəm ki, Azərbaycan bu beynəlxalq birliyə qoşulmaqla ən nüfuzlu üzv dövlətlərdən birinə çevrilə bilər. Logistika çox vacib aspektdir. Və bu gün Qərb dövlətlərə təzyiq etmək üçün bundan istifadə edir. Yaxın vaxtlara qədər Rusiyanın iştirak etdiyi bir çox logistik marşrutlar Qərb ölkələrindən keçirdi. Lakin Rusiya ilə Qərb arasındakı münaqişə belə qarşılıqlı əlaqəni problemli edib. Şimal Dəniz Marşrutu və Şimal-Cənub tam işləsə, Qlobal Cənub, Şərq ölkələri və biz fəal şəkildə qarşılıqlı fəaliyyət göstərsək, bu, artıq Qərb logistikasından asılılıq vəziyyətini dəyişəcək”.

Tarix
2024.09.10 / 12:30
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Paşinyan Bakıya dəvət edildi - Rəsmi

İrəvanın Zəngəzur öhdəliyi var, 4 ildir yayınır

Rusiyaya xəbərdarlıq edirik: Zəngəzur qırmızı xəttimizdir - İran

Qarabağla bağlı yeni təxribat planının detalları: iki gün sonra...

İranlı aparıcı Azərbaycanla bağlı bu sözlərinə görə qovuldu

İlham Əliyev bu ölkənin yeni səfirini qəbul etdi

Ordumuz sərhəddə işə başladı, ermənilər panikaya düşdü

Paşayevin Rusiyada saxlanılma anı - Video

Rusiya İK-dən Paşayevin həbsi haqda açıqlama

Rusiya artıq azərbaycanlıları “ovlamağa” başladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla