Yuxarı

Rəqəmsal kimlik "Azercell"in bütün ofislərində tanındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC artıq bütün satış və xidmət mərkəzlərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınmasını təmin edib.

16 sentyabr 2024-cü il tarixindən etibarən müştərilər Azercell Eksklüziv ofisləri ilə yanaşı, diler mağazalarında da rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istənilən əməliyyatı həyata keçirə bilərlər. Bunun üçün “mygov” tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu təqdim etmək kifayətdir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilən bu layihə ilə Azercell abunəçilərinə daha çevik və rahat xidmət göstərməklə yanaşı, məlumat təhlükəsizliyini də yüksək səviyyədə təmin edir.

Xatırladaq ki, sözügedən dəyişikliklər Azercell Eksklüziv ofislərində 02.09.2024 tarixindən etibarən əlçatan olub. Bu yenilik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 16 iyul tarixli Fərmanı əsasında icra edilir.

Tarix
2024.09.17 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Medinskinin Qarabağla bağlı iddialarına sərt cavab

Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama

İranda yaşayan türklərin sayı… - Əli Əkbərdən tarixi etiraf

Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü - Video

Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan

Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı

ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla