Yuxarı

Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama

Xəzəryanı ölkələrin xarici işlər nazirləri, eləcə də müvafiq sahələri təmsil edən ekologiya, enerji və yerli idarəetmə qurumlarının nümayəndələri vaxtaşırı olaraq Xəzər dənizi ilə bağlı geniş spektrli məsələləri müzakirə edirlər.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinq zamanı Azərtac-a bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi logistika imkanlarının inkişafı baxımından əhəmiyyətli potensiala malikdir və beş sahilyanı ölkənin hər biri üçün mühüm rol oynayır.

A.Smadiyarov vurğulayıb ki, Xəzərin dayazlaşması məsələsi heç vaxt gündəlikdən çıxmayıb:

“Alimlər Xəzər dənizinin suyunun azalması məsələsi üzərində işləyirlər. Hazırda konkret olaraq hansı tədqiqatların aparıldığını deyə bilmərəm, lakin bu məsələ bizim üçün olduqca önəmlidir”.

Tarix
2025.06.09 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla