Yuxarı

Bakıya təcili enən nəhəng təyyarə: Niyə uçmadı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya təcili enən nəhəng təyyarə: Niyə uçmadı?

London-Sinqapur marşrutu üzrə uçuş həyata keçirən "Qantas Airlines" aviaşirkətinə məxsus təyyarənin bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş etməsi ilə bağlı məlumat vermişdik.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, dünyanın ən böyük sərnişin təyyarəsi olan “Airbus A380”nin Bakıya təcili enməsinin səbəbi kimi göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi göstərilmişdi.

“Airbus A380" tipli təyyarə saat 07:55-də (Bakı vaxtı ilə) uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda sərnişinin səhhəti ilə bağlı zəruri tibbi qiymətləndirmə və müşahidə prosesi davam etdirilir”, - məlumatda bildirilmişdi.

Ancaq təyyarənin yoluna davam etməsi və yaxud nə vaxt edəcəyi ilə bağlı heç bir açıqlama verilməmişdi.

Olayla bağlı Qərb mediasında isə ziddiyyətli məlumat yayılıb.

Jurnalist Elbəyi Həsənlinin sözlərinə görə, “Qantas” şirkəti əksəriyyəti avstraliyalı olan sərnişinlər üçün əvəzedici təyyarənin göndəriləcəyi və buna görə də sərnişinlərin Bakıda gecələməli olduqları haqda məlumat yayıb:

“Qantas şirkəti deyir ki, “Airbus A380” təyyarəsində olanların hamısı otelə yerləşdiriləcək. Sərnişinlərin çərşənbə axşamı Sinqapura yola düşəcəyi gözlənilir. Buna görə də 400 otel nömrəsinə ehtiyac yaranıb...

Sərnişin təyyarəsi Bakı Hava Limanına enmək üçün havada təhlükəli xarakter daşıyan 180 dərəcəlik dönüş edib. Təyyarədə 600-dəm çox sərnişinin olduğu ehtimal olunur”.

Maraqlıdır, əgər təyyarə sərnişinin səhhətində problemə görə Bakıya təcili eniş edibsə, niyə əvəzedici təyyarə göndərilir?

“Qərb mənbəyi bildirir ki, təyyarə havaya qalxandan 10-15 dəqiqə sonra sağdakı mühərrikdə böyük problem yaranıb, ancaq o anda hər şey nəzarət altında olub. Belə ki, “Airservices Australia” deyib: “Təyyarə yerdən qalxarkən mühərrik nasazlığı ucbatından uçuş-enmə zolağına bitişik ot sahəsində yanğın olub. Ancaq tez bir zamanda yanğın söndürülüb”, - jurnalist qeyd edib.

Tarix
2025.06.09 / 22:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla