Yuxarı

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

London-Sinqapur marşrutu üzrə uçuş həyata keçirən "Qantas Airlines" aviaşirkətinə məxsus hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın beynəlxalq hava limanlarının İctimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.

"Airbus A380" tipli təyyarə saat 07:55-də (Bakı vaxtı ilə) uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda sərnişinin səhhəti ilə bağlı zəruri tibbi qiymətləndirmə və müşahidə prosesi davam etdirilir.

Qeyd edək ki, "Airbus A380" - qlobal hava nəqliyyatında ən iri sərnişin təyyarəsi hesab olunur. İki göyərtəli və dörd mühərrikli bu hava gəmisi yüzlərlə sərnişin daşımaq imkanına malikdir və yalnız xüsusi texniki standartlara cavab verən beynəlxalq hava limanlarında eniş edə bilir.

Heydər Əliyev Beynəlxalq Hava Limanı A380 tipli hava gəmilərinə xidmət göstərə bilən müasir yerüstü avadanlıq, geniş uçuş-enmə zolaqları və yüksək səviyyəli xidmət infrastrukturu ilə təmin olunub. Bu baxımdan, Bakı hava limanı regionda bu tip hava gəmilərini qəbul etməyə tam texniki və əməliyyat hazırlığı olan azsaylı hava limanlarından biridir.

Tarix
2025.06.09 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla