Yuxarı

Türkiyə süni intellekt üçün 10 milyard dollar ayıracaq - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə süni intellekt üçün 10 milyard dollar ayıracaq - Ərdoğan

Türkiyədə süni intellekt (Sİ) layihələrinin həyata keçirilməsi üçün ən azı 10 milyard dollar özəl vəsait ayrılacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"Türkiyə müdafiə sənayesində toplanmış təcrübə və imkanlarını digər sahələrə, xüsusən də süni intellekt sahəsinə ötürmək üçün intensiv səylər göstərir. Məlumat mərkəzi infrastrukturunun, bulud texnologiyalarının və süni intellektin inkişafı üçün ən azı 10 milyard dollar özəl investisiya səfərbər edəcəyik.

Dövlət investisiya proqramlarımızın ən azı 2%-ni süni intellekt layihələrinə ayıracağıq. 2030-cu ilə qədər ölkəmizdəki məlumat mərkəzlərinin quraşdırılmış tutumunu ən azı 1 GVt-a çatdıracağıq. Biz OECD, G20, BMT və digər beynəlxalq forumlarda insan mərkəzli süni intellekt standartlarının hazırlanmasında fəal rol oynayacağıq. Ümid edirəm ki, birlikdə Türkiyəni süni intellekt dövründə aparıcı ölkəyə çevirəcəyik", - deyə o əlavə edib.

Tarix
2026.06.13 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla