Yuxarı

Rayon avtovağzallarında sıxlıq yarandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rayon avtovağzallarında sıxlıq yarandı - Video

Qurban bayramı ilə əlaqədar Şəki Avtovağzalında intensivlik müşahidə olunub.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, bayramda yerli qonaqlarla yanaşı, Şəkiyə gedən əcnəbilər də olub.

Son iki gündə Şəki Avtovağzalına müraciət edənlər çoxalıb. Təkcə Bakıya yox, digər rayon və şəhərlərə də gedənlərin artımı müşahidə edilib.

Qurban bayramı tətilinin son günündə Gəncə Beynəlxalq Avtovağzalında da qismən canlanma müşahidə olunur. Ancaq ciddi sıxlıq olmadığından sərnişinlər bilet almaq və paytaxta yola düşməklə bağlı çətinliklə üzləşmədiklərini deyirlər.

Digər bayram tətillərinin sonunda olduğu kimi avtovağzal tərəfindən yenə ehtiyat tədbirləri də görülüb.

Qurban bayramını yaxınları ilə qeyd etmək üçün Lənkərana üz tutan sərnişinlər də artıq paytaxta qayıtmağa başlayıblar. Buna görə də, rayon avtovağzalında xəttə əlavə avtobuslar çıxarılıb. Lənkəran Avtovağzalında bu gün səhər saatlarından etibarən qismən sərnişin sıxlığı müşahidə olunub.

Avtovağzal rəsmisi bildirib ki, süni qiymət artımına ciddi nəzarət edilir, gedişhaqqının ödənilməsi Tarif Şurasının müəyyən etdiyi qaydada həyata keçirilir.

Ətraflı süjetdə:

Tarix
2025.06.09 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla