Yuxarı

Güləşçimiz Avropa çempionatının finalında!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatına start verilib.

Axar.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.

Qurban Məcnunov (48 kq) debütdə macarıstanlı Qerqo Zatko (11:2) üzərində inamlı qələbə qazanıb. Daha sonra türkiyəli Barış Soylunu 6:1 hesabıyla üstələyən 15 yaşlı güləşçimiz yarımfinala yüksəlib. Finalın bir addımlığında ermənistanlı Martin Manjikyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmada xalların keyfiyyətinə görə (6:6) məğlub olan Məcnunov sabah bürünc medal uğrunda görüşdə yunanıstanlı Nikolaos Zinisa ilə güləşəcək.

Ayxan Əsədli (55 kq) belaruslu Aleksandr Beliakova 6:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda rusiyalı Danil Lojkinə “tuş”la uduzub.

Ramil Musayev (65 kq) italiyalı Alessio Arankionun kürəyini xalçaya sıxıb, vaxtından əvvəl qələbəni bayram etsə də, 1/8 finalda belaruslu Vladislav Salavyova məğlub olub – 3:5.

Nicat Yeylaqaliyev (80 kq) çexiyalı Jaçim Jaburek (8:0) üzərində inamlı qələbənin davamını yunanıstanlı Stefanos Vasdekislə görüşdə gətirib – 6:1. Gürcüstanlı Giorgi Ormotsadzeyə (9:0) də heç bir şans tanımayan Nicat yarımfinalda litvalı Benediktas Bubeleviçyusa sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Yeylaqaliyev sabah üçüncü yer uğrunda görüşdə ya Danilo Aksentiyeviç (Serbiya), ya Olivers İrklis (Latviya), ya da Yens Abrahamssonla (İsveç) üz-üzə gələcək.

Rihad İbrahimli (110 kq) startda belaruslu Matvey Silişə (5:1), ardınca isə polşalı Mateuş Tomelkaya (11:2) qalib gəlib. Yarımfinalda ukraynalı Anatoli Novaçenkodan (4:1) güclü olan İbrahimli adını finala yazdırıb. Rihad sabah həlledici qarşılaşmada bolqarıstanlı Denis Lazarovla mübarizə aparacaq.

Tarix
2025.06.10 / 01:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Medinskinin Qarabağla bağlı iddialarına sərt cavab

Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama

İranda yaşayan türklərin sayı… - Əli Əkbərdən tarixi etiraf

Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü - Video

Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan

Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı

ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla