Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Axar.az fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan barədə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 373 nömrəli Fərmanı) 3-cü hissəsinin ikinci abzasında “139–144” rəqəmləri “139–141, 142 (cinayət işi Azərbaycan Respublikasının daxili işlər (polis) orqanları tərəfindən başlandıqda), 143-144” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); 2024, № 5 (I kitab), maddə 526, № 7, maddə 805; 2025, № 2, maddə 124) 3.23-1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.23-1. həmin Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarıdır;”.
2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31, № 3, maddə 257, № 5 (I kitab), maddələr 516, 518, № 9, maddə 999, № 12 (II kitab), maddə 1378; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 374 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.16-2-ci və 9.35-2-ci bəndləri aşağıdakı redaksiyada verilsin:
“8.16-2. ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin həyata keçirilməsini təmin edir;”;
“9.35-2. ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin həyata keçirilməsini təmin etmək;”.
3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1223 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.7.5-ci yarımbəndi ləğv edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 979 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2-ci bənddə “hakim vəzifəsinə namizədlərin və hakimlərin” sözləri “hakimlərin təliminə və” sözləri ilə əvəz edilsin;
4.2. III hissə üzrə:
4.2.1.13.1-2-ci yarımbənddə “hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin, habelə” sözləri “ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin və” sözləri ilə əvəz edilsin;
4.2.2.14.1-1-ci yarımbənddən “, hakim vəzifəsinə namizədlərin” sözləri çıxarılsın;
4.3. V-I hissə üzrə:
4.3.1. adında “Hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi” sözləri “İlk dəfə hakim təyin olunmuş şəxslərin təlimi” sözləri ilə əvəz edilsin;
4.3.2.19-1-ci bənd üzrə:
4.3.2.1. birinci cümlədə “hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi” sözləri “ilk dəfə hakim təyin olunmuş şəxslərin təlimi” sözləri ilə əvəz edilsin;
4.3.2.2. ikinci cümlədə “Tədris” sözü “Təlim və tədris” sözləri ilə əvəz edilsin;
4.3.3. 19-2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“19-2. İlk dəfə hakim təyin olunmuş şəxslər təyin edildikdən dərhal sonra peşə hazırlığı məqsədilə Akademiyada Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş qaydada təlimə cəlb edilirlər.”;
4.3.4. 19-3-cü bənd ləğv edilsin;
4.3.5. 19-4-cü bənddə “Hakim vəzifəsinə namizədlər üçün təhsil” sözləri “İlk dəfə hakim təyin olunmuş şəxslər üçün təlim” sözləri ilə əvəz edilsin;
4.4. 20-ci bənddə “ilkin uzunmüddətli tədris” sözləri “tədris, təlim” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226 (Cild I) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 1.6-cı bəndi ləğv edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.6-cı bəndinin birinci abzasından “və hakimliyə namizədlərin” sözləri çıxarılsın.