Yuxarı

Ordumuz sərhəddə işə başladı, ermənilər panikaya düşdü - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz sərhəddə işə başladı, ermənilər panikaya düşdü - Video

Azərbaycan Ordusunun əsgərlərinin delimitasiya və demarkasiyadan sonra geri qaytarılan kəndlərimizdə (Qazaxın anklav olmayan 4 kəndi – red.) istehkam işləri görməsi erməniləri, heç bir səbəb olmadan, panikaya salıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası erməni ekspertlərə və Kirants sakinlərinə istinadla “ehtimal” yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun 20 əsgəri Kirants yaxınlığında, sərhədin Azərbaycana aid olan hissəsində istehkam işləri aparır. Bu isə ermənilərdə “müharibəyə hazırlıq” kimi qiymətləndirilib və ya erməni mediası bu cür təqdim etməyə çalışıb. Ancaq istehkam işlərinin görülməsi, “sərhədin minalanması” iddiasına görə Azərbaycan Ordusunun məhz bu hissədən “hücuma keçə biləcəyinin” absurd olduğunu özləri də anlayırlar. Ona görə də guya bu hissədə möhkəmlənmə işlərinin aparılmasını “başqa ərazidə hücum hazırlığı” kimi qələmə verməyə çalışıblar.

“Təxminən 15-20 əsgər sərhədin yaxınlığında, Kirantsın keçmiş dükanlarının yerində, aşağıda, çayın sahilində, gölə bitişik ərazilərdə çox intensiv iş aparır, - Açarkut sakini Karen Qazaryan deyib: - Müharibəyə hazırlaşırlar, amma bu ərazidə yox, burada möhkəmlənirlər, 1-1,5 ay əvvəl həmin ərazilərə mina qoyublar, çətin ki, oradan hücuma cəhd etsinlər. Yəqin ki, onlar cənub istiqamətində - Zəngəzur dəhlizinə hazırlaşırlar və burada arxa cəbhələrini gücləndirirlər”.

Nəşr həmçinin guya Azərbaycanın Zəngəzur istiqamətinə qüvvə cəmləşdirdiyini “sakinlərə istinadla” bildirib. Ancaq maraqlıdır ki, Ermənistan MN belə bir halın müşahidə olunmadığını elan edib.

Qeyd edək ki, Azərbaycan anklav olmayan 4 kəndi təhvil aldıqdan sonra orada mühəndis işlərinin görülməsi normal bir prosedurdur. Belə ki, Ermənistan ordusu da Kirants istiqamətində yeni mövqelərində istehkamlar qurub və hətta divar da çəkib. Bunu “müharibəyə hazırlıq” kimi qələmə vermək paranoyadır.

Tarix
2024.09.17 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla