Yuxarı

Rasim Balayev heç kimlə görüşmək istəmirdi - Abbasova

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rasim Balayev heç kimlə görüşmək istəmirdi - Abbasova

Azərbaycan kinosunun əfsanəsi, xalq artisti Rasim Balayevin vəfatı sənət camiəsini dərindən sarsıdıb. Tanınmış aktrisa Məlahət Abbasova sənət dostunun itkisi ilə bağlı xatirələrini bölüşərək, onun son günləri və aralarındakı səmimi münasibət barədə danışıb.

Axar.az İTV-yə istinadla xəbər verir ki, aktrisa sənətkarın ölüm xəbərini sosial mediadan öyrəndiyini və böyük sarsıntı keçirdiyini bildirib:

“İnstaqramda paylaşımı görən kimi dərhal təyyarə biletlərinə baxmağa başladım. Bu, Azərbaycan sənət camiəsi üçün yeri doldurulmayacaq, çox ağır bir itkidir. Bir əfsanə getdi".

Məlahət Abbasova Rasim Balayevlə mütəmadi əlaqə saxladıqlarını və ötən il birlikdə yeni bir serial layihəsində iştirak etməyi planlaşdırdıqlarını qeyd edib. Aktrisa sənətkarla sonuncu dəfə Yeni il bayramında danışdıqlarını vurğulayıb:

"Mənə göndərdiyi son səs yazısı hələ də durur. Orada mənə demişdi ki, mən onu nə qədər çox istəyirəmsə, o da məni ondan da çox istəyir. Heyf ki, son günlərində onu ziyarət edə bilmədim".

Aktrisa Bakıda olduğu müddətdə Rasim Balayevin oğlu Ülvi ilə əlaqə saxlayıb, lakin görüşmək mümkün olmayıb:

"Oğlu ilə danışdım. Mənə dedi ki, atası vəziyyəti ağır olduğu üçün heç kimlə görüşmək istəmir, o halda görünməyə utanırdı. Kaş ki, vəziyyətinin bu qədər ağır olduğunu bilərdim... Bilsəydim, hər hansı bir şəraitdə, hansısa yolla olsa belə, onu mütləq sonuncu dəfə görərdim".

Tarix
2026.03.29 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla