Yuxarı

SEPAH generalı Cənubi Qafqazı işğala çağırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Putin Zəngəzur dəhlizi ilə bağlı İranın milli mənafeinə zidd mövqe tutub. Tarixə nəzər salsaq görərik ki, bu dəhliz Moskvanın təhlükəsizliyini təmin etmək üçün SSRİ tərəfindən qurulub. Keçmiş razılaşmalar ləğv ediləcəyi təqdirdə Qafqazın 17 şəhəri İrana qaytarılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri SEPAH generalı və Ərdəbilin İran parlamentindəki keçmiş millət vəkili Mənsur Həqiqətpur özünün X hesabında yazıb.

O, Qafqazın 17 şəhərinin İrana qaytarılması üçün ölkədə ümumxalq hərəkatının yaradılmasına çağırıb.

Qeyd edək ki, M.Həqiqətpur Azərbaycan Respublikasına qarşı qərəzli mövqeyi ilə tanınır. O, 1992-ci ildə Azərbaycan İslam Partiyası funksionerlərindən Hacı Əlikram Əliyevi, Hacı Vaqif Əliyevi və Hacı Hacağa Nuriyevi İrana dəvət edərək, Tehran şəhərindəki “Mərmər” otelində, habelə, Şimrandakı iqamətgahında Azərbaycanda islam inqilabı həyata keçirilməsi üçün məxfi əməkdaşlığa cəlb etmişdir.

Həqiqətpur bununla yanaşı Qarabağda döyüş təcrübəsi keçmiş gənclərin qanunsuz yolla İrana aparılaraq, Azərbaycanda dövlət çevrilişi məqsədilə ideoloji və hərbi hazırlıq keçmələrini təşkil etmişdir.

Tarix
2024.09.18 / 15:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Xankəndidə məktəbin açılışında

İlham Əliyev Xankəndidə “Bulud” otelində...

Prezident Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu

Tiflis qadağan etdi, Bakıda isə LGBT reklamı ola bilər

"Dqr"i siz ləğv etdiniz, siz mif yaydınız... - Papoyan

Televizordan bizi izləyə, maşını idarə edə bilərlər: Necə qorunaq?

İrəvanın antiterror əməliyyatı açıqlamasına Bakıdan cavab!

Erməni kəşfiyyatçı gizli şəkildə Bakıya gəlib?

Separatçılar toplanır: Bakıya qarşı növbəti təxribat...

NK 6 günlük istirahət elan etdi: Niyə “şənbələr” çəkildi?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla