Yuxarı

Siyavuş Novruzov Fazil Mustafanı tənqid etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyavuş Novruzov Fazil Mustafanı tənqid edib.

"Axar.az" xəbər verir ki, hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında həmkarı Fazil Mustafanı antitürk mövqeyi ilə çıxış etməkdə ittiham edilən yazıçı Əkrəm Əylisli ilə eyniləşdirib.

Millət vəkilinin hiddətinə səbəb həmkarının bir neçə gün Feysbuk səhifəsində və mətbuatda "Adamyeyənlər" yazısı olub. O, qeyd edib ki, bir çoxları bu gün məhz Əylisli yolunu tutur:

"Bu gün də artıq deputat həmkarımız onunla bir mövqedən çıxış edir. Bu da təsadüfi deyil. Çünki onlar bir yerdə oturub-durublar. Axı səni narazı salan nədir? Ölkədə bu qədər işlər görülür. Bunları necə görməmək olar? Həmin yazıda idmançıları hədəf götürürsən, qeyd edirsən ki, milli komandalarımızın əksəriyyəti legionerlərdən ibarətdir. Bu gün təriflədiyin Fransa komandasını götürək. Əgər orada 2 dənə ağ adamdan savayı ağdərili tapsan, mənə nə deyirsən, de. Hamısı başqa yerlərdən gələnlərdir", – S.Novruzov bildirib.

O daha sonra Fazil Musatafanın yolboyu divarların çəkilməsindən narazılığıq etməsinə də toxunub:

"Bu təkcə bizdə deyil, dünyanın hər yerində belədir. Bu insanların təhlükəsizliyinin təmin edilməsi üçün edilir. Burada nə var ki? Məktəbləri hədəfə götürürsən. İldən-ilə gözəlləşən, sayı artan məktəblərlə bağlı narazılığını bildirirsən. Fikrini də əsaslandırmaq üçün hansısa məktəbdə su şırnağının olmamasını bildirirsən. Bu cür mövqe olmaz. Bu mövqeni heç cür qəbul etmək olmaz".

Tarix
2014.02.14 / 12:45
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla