Yuxarı

İranın İsrailə hücumunun səbəbi... - Türk general

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qasım Süleymanidən başlayaraq, HƏMAS rəhbəri, Hizbullah liderinin öldürülməsi də daxil olmaqla, İranın daxilinə bu vaxta kimi edilən hücumları nəzərə alsaq, Tehran rejimi İsrailə qarşı çox məhdud cavablar vermişdi. Bu şəkildə məhdud qarşılıq verilməsi isə daxili ictimaiyyət tərəfindən çox tənqid edilib. Yəni daxili ictimaiyyət, müxtəlif qruplar İsrailə qarşılıq verilməsini, Təl-Əvivin vurulmasını, savaş elanını tələb edirdi.

Bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz İranın İsrailə raket zərbəsi endirməsini şərh edərkən deyib.

O, İranın bu addımı həm daxildəki nüfuzunu bərpa etmək, həm siyasi imicinə dəyən zərəri aradan qaldırmaq üçün atdığını bildirib:

“Axrıncı dəfə İsrailin Haniyənin öldürüldüyü zaman Qəzzada atəşkəs edilməsinin qarşılığında İrandan buna cavab verilməməsi sözü aldıqları, ancaq Nəsrullahın öldürülməsi ilə bu anlaşmanı pozduğu bildirilir. Həmçinin masada Qəzzada da atəşkəsin baş tutmadığı həqiqəti var. İran da yekunda mövcud hərbi imkanını təcrübədən keçirmək istədi. Nəticədə ötən gecədən başlayaraq İslam Respublikasının daxilindən – bu, olduqca önəmli detaldır – sayı dəqiqləşdirilməmiş, təqribən 200-300 ballistik raket göndərildi. Həmin raketlərdən bəziləri İsrailin Dəmir Qübbə sistemindən yayına bildi. Dolayısı ilə İran bunu etməklə həm siyasi, hərbi qarşılıq verdi, həm də daxili ictimaiyyəti susdurdu və rahatlatdı. Ona görə də bu hücum siyasi və hərbi nöqteyi-nəzərdən nəticələri hər nə olursa-olsun, önəmlidir. Təbii ki, hücumdan əvvəl ABŞ-a, Rusiyaya xəbər verilməsi, bundan iki gün əvvəl isə hücum ediləcək hədəfləri sadalaması göz önünə gətirildiyində, bu addım bütün tərəflərə - İsrail, İran, ABŞ-a sərf edən davranış şəklidir. Düzdür, İsrailin buna verəcəyi qarşılıq da maraqla gözlənilir. Amma ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər həm İsrail, həm İranın cəbhəni genişləndirəcək ciddi addım atacağı gözlənilmir”.

Qeyd edək ki, 1 oktyabrda İran öz ərazisindən israilə kütləvi raket hücumu həyata keçirib.

Tarix
2024.10.02 / 13:03
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

İranın İsrailə raket hücumu ilə bağlı Ağardan şok açıqlama

Rusiya Qarabağda baş konsulluq açır? - Klimov

Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı - Foto

Ukraynada itkin düşmüş Azərbaycan vətəndaşları var

İran bazarlığa hazırlaşır: Proksilərini də, Rusiyanı da satacaq

Ermənilər Natiq Qasımovla bağlı bu məlumatdan imtina edir

Ermənistan üzr istəməlidir! – İlham Əliyev

Ermənistanda buna görə bir nəfər də məsuliyyətə cəlb olunmayıb

Bir sıra güc mərkəzləri Ermənistanı silahlandıraraq...

İcma: Simonyanın Qərbi azərbaycanlılarla bağlı çıxışı...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla