Yuxarı

İcma: Simonyanın Qərbi azərbaycanlılarla bağlı çıxışı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsini və irqçi fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik.

Axar.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

“Azərbaycan tərəfinin çıxışında vurğulanan qayıdış hüququ beynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmaz hissəsidir və Simonyanın bu hüququ ərazi iddiası kimi yozması Ermənistanın özünün "insan hüquqları" arqumentindən istifadə edərək təcavüzkar siyasət aparması vərdişindən irəli gəlir.

Simonyanın azərbaycanlıları "öz tarixi yurdlarını axtarmaq" adı ilə Altay dağlarına göndərmək barədə ifadəsi isə Ermənistanın rəhbər dairələrində irqçilik və etnik müstəsnalıq ideologiyasının hakim olduğunu bir daha ortaya qoyur. Xatırlatmaq yerinə düşər ki, 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfi Azərbaycana qarşı müharibəyə başlayanda bu ölkənin ordusunun baş qərargah rəisi oxşar irqçi bəyanat verərək Ermənistanın hücumunun məqsədinin azərbaycanlıları Altay dağlarına göndərmək olduğunu bildirmişdi. Bunun Ermənistan üçün necə nəticələndiyi hamıya məlumdur.

Simonyanın çıxışı sülh prosesini pozmaq və Ermənistandan qovulmuş azərbaycanlıların geri dönmək hüququna xələl gətirmək cəhdidir. Qərbi Azərbaycan İcması olaraq, Ermənistandan bu cür irqçi ritorikalardan çəkinməyi və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik”, - deyə bəyanatda qeyd edilib.

Tarix
2024.10.02 / 10:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan üzr istəməlidir! – İlham Əliyev

Ermənistanda buna görə bir nəfər də məsuliyyətə cəlb olunmayıb

Bir sıra güc mərkəzləri Ermənistanı silahlandıraraq...

Meksika prezidenti Azərbaycana təşəkkür etdi

XİN: ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə...

Xamenei İsrailə endirilən zərbəni şərh etdi: Qələbə…

İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə

Azərbaycan Stoltenberqə təşəkkür etdi

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Bakı ilə danışıqlar dalana dirənib - Simonyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla