Yuxarı

Bizim üçün ən pis geosiyasi fəlakət - Mişadan Zəngəzur açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizim üçün ən pis geosiyasi fəlakət - Mişadan Zəngəzur açıqlaması

Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Sabiq prezident bildirib ki, onun hakimiyyəti dövründə demokratik Gürcüstan xarici investisiyalar üçün cəlbedici olmuşdu:

“Mənim vaxtımda qurulan geniş beynəlxalq əlaqələr və sürətli Avro-Atlantik inteqrasiyanın başlanması da bizi gücləndirmişdi. Bunlar təhlükəsizliyimizin qarantı idi, tranzit funksiyamızı və xüsusilə demokratik sistemimizi qorumaq üçün Buş 2008-ci ildə 6-cı donanmanı göndərmişdi.

İvanişvili gürcü demokratiyasını məhv etdi, Gürcüstanı əsas müttəfiqlərindən təcrid etdi və indi bütün bunlara görə biz tranzit qovşağı funksiyasını itiririk. Amerikanın Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürdüyü ABŞ-Azərbaycan-Ermənistan beynəlxalq müqaviləsinin imzalanması bu dəfə Gürcüstan, İran və Rusiyadan yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır. Bəli, məhz İran və Rusiya ilə birlikdə tam geosiyasi təcridlə üz-üzəyik. Bu o deməkdir ki, Qırmızı körpüdə (Gürcüstan-Azərbaycan sərhədi) “dəmir pərdə” enir, Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq”.

Saakaşvili iddia edib ki, Laziki limanı layihəsi Gürcüstanın mövcud limanları kimi öz mənasını itirir və ölkə əhalisi isə sürətlə yoxsullaşır:

“Amerika və Avropa ilə strateji müttəfiqliyin kəsilməsi bizi bu yerə gətirib çıxardı. Bütün bunların avqust müharibəsinin ildönümündə baş verməsi necə də ironikdir”.

Tarix
2025.08.10 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla