Yuxarı

İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim - Berset

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim - Berset

Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını səmimi qəlbdən alqışlayıram. Bu sənəd iki ölkə arasında uzun illər davam edən münaqişənin yekun həlli istiqamətinə yol açır. Hər iki ölkə 2001-ci ildən bəri Avropa Şurasının üzvləridir və bu addım Cənubi Qafqazda davamlı sülhə doğru tarixi bir mərhələni ifadə edir.

Axar.az xəbər verir ki, bu fikirləri Avropa Şurasının Baş katibi Alen Berset bəyanatında qeyd edib.

Baş katib bildirib ki, regionun sabitliyi yalnız Ermənistan və Azərbaycan üçün deyil, həm də qonşu Gürcüstan da daxil olmaqla bütün xalqlar üçün rifah və təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır:

“Mart ayında hər iki ölkə “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında” saziş layihəsinin yekunlaşdırıldığını elan etdikdə, bu irəliləyiş məni xüsusilə ruhlandırdı. Həmin vaxtdan bu yana bu mövzu liderlərlə daimi müzakirələrimin əsasını təşkil edib. İlk dəfə bu məsələni keçən il Bakıda COP tədbiri zamanı Prezident İlham Əliyevlə müzakirə etmişdim. Bu ilin aprelində Antalyada keçirilən Diplomatiya Forumunda ikitərəfli görüşümüzdə də məsələ gündəmdə idi. May ayında Tiranada keçirilən Avropa Siyasi Birliyi Sammitində Prezident İlham Əliyevə, eləcə də Baş nazir Nikol Paşinyana, sülhə dəstək mesajımı şəxsən çatdırdım və son olaraq iyulda İrəvana rəsmi səfərim zamanı bunu bir daha vurğuladım”.

Tarix
2025.08.10 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla