
Sabahın hava proqnozu açıqlandı
12:14
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.
Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.
Xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2025.08.10 / 10:09
|
Müəllif
Axar.az
|