
Sabah çimərliklərdə hava necə olacaq?
13:17
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Avqustun 10-u saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, dağlıq rayonlarda 30, Aran rayonlarında, eləcə də Naxçıvan MR-da 39 dərəcəyədək isti qeydə alınıb.
Tarix
2025.08.10 / 10:36
|
Müəllif
Axar.az
|