Yuxarı

Ermənistanda buna görə bir nəfər də məsuliyyətə cəlb olunmayıb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır.

Axar.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb.

“Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər.

Tarix
2024.10.02 / 10:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı - Foto

Ukraynada itkin düşmüş Azərbaycan vətəndaşları var

İran bazarlığa hazırlaşır: Proksilərini də, Rusiyanı da satacaq

Ermənilər Natiq Qasımovla bağlı bu məlumatdan imtina edir

İranın İsrailə hücumunun səbəbi... - Türk general

Ermənistan üzr istəməlidir! – İlham Əliyev

Bir sıra güc mərkəzləri Ermənistanı silahlandıraraq...

İcma: Simonyanın Qərbi azərbaycanlılarla bağlı çıxışı...

Meksika prezidenti Azərbaycana təşəkkür etdi

XİN: ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla