Yuxarı

“Kontakt”ın “Sahil” mağazası yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kontakt” mağazalar şəbəkəsi şəhərin mərkəzində təntənəli bir açılış mərasimi ilə yenilənmiş “Sahil” mağazasının qapılarını müştərilərinə açdı. Alış-veriş həvəskarlarının səbirsizliklə gözlədiyi bu tədbir, unudulmaz əyləncəli anlar və sürpriz hədiyyələrlə dolu idi.

Şəhərin mərkəzində, iki mərtəbədən ibarət olan bu mağazada rəqəmsal, kiçik məişət texnikası və qab-qacaqlara aid hər növ çeşid bir arada təqdim edilir.

Mağazanın fəaliyyətə başlaması münasibətilə nağd alışda 60%-dək meqa endirimlər istisnasız hər növ məhsul kateqoriyasını əhatə edir.

Ən qaçırılmaz fürsət isə, 60%-dək endirimli məhsulların məhz elə endirimli qiymətini yerindəcə düz 6 aya bölərək ödəmə şansının olmasıdır.

Hissəli alışda isə “Kontakt” müştərilərinə istənilən smartfon və notbukları 18 ayadək; smart saat, qulaqlıq, kiçik məişət texnikası və qab-qacaqları 18 ay ilkin ödənişsiz, faizsiz, hələ üstəlik, tam komissiyasız şərtlərlə əldə etmək şansı yaradıb.

Qeyd edək ki, bütün sərfəli imkanlar hal-hazırda da keçərlidir və sadəcə oktyabrın 6-dək davam edəcək.

“Sahil”də:

- 21 günədək işləmə müddəti olan Xiaomi Smart Band 9 smart saatını indi 110 yox, 80 manata;

- 500 vt gücə və 1,5 lt həcmə malik Daewoo blenderini 90 yox, 40 manata;

- 8 parçadan ibarət paslanmaz polad Tefal qazan dəstini 600 yox, 280 manata;

- 256 Gb-lıq Xiaomi Redmi Note 13 smartfonunu ayda sadəcə 24 manata;

- 3 rejimli multistayler Dyson fenini isə xüsusi təkliflə ayda 59 manata tapa bilərsiniz.

Hətta, bu günlərdə alış-veriş edənlər şeş-qoşa ataraq həm aldığı məhsulun 100%-dək dəyərini geri qazana, həm də “Sea Breeze”dən lüks mənzil sahibi ola bilər.

Odur ki, açılış fürsətləri ilə daha yaxından tanış olmaq üçün şəbəkənin olduqca rahat lokasiyada “Sahil” metrostansiyasının çıxışı ilə üzbəüz yerləşən “Kontakt” mağazasına baş çəkə bilərsiniz.

Tarix
2024.10.02 / 12:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranın İsrailə raket hücumu ilə bağlı Ağardan şok açıqlama

Rusiya Qarabağda baş konsulluq açır? - Klimov

Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı - Foto

Ukraynada itkin düşmüş Azərbaycan vətəndaşları var

İran bazarlığa hazırlaşır: Proksilərini də, Rusiyanı da satacaq

Ermənilər Natiq Qasımovla bağlı bu məlumatdan imtina edir

İranın İsrailə hücumunun səbəbi... - Türk general

Ermənistan üzr istəməlidir! – İlham Əliyev

Ermənistanda buna görə bir nəfər də məsuliyyətə cəlb olunmayıb

Bir sıra güc mərkəzləri Ermənistanı silahlandıraraq...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla