Yuxarı

1481 nəfər ödənişsiz təhsil alacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 479, bakalavriat səviyyəsi üzrə isə 1002 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib.

- Bakalavriat səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış tələbələrin saylarının ali təhsil müəssisələri üzrə paylanması,

- Magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış tələbələrin saylarının ali təhsil müəssisələri üzrə paylanması.

Tarix
2024.10.02 / 13:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranın İsrailə raket hücumu ilə bağlı Ağardan şok açıqlama

Rusiya Qarabağda baş konsulluq açır? - Klimov

Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı - Foto

Ukraynada itkin düşmüş Azərbaycan vətəndaşları var

İran bazarlığa hazırlaşır: Proksilərini də, Rusiyanı da satacaq

Ermənilər Natiq Qasımovla bağlı bu məlumatdan imtina edir

İranın İsrailə hücumunun səbəbi... - Türk general

Ermənistan üzr istəməlidir! – İlham Əliyev

Ermənistanda buna görə bir nəfər də məsuliyyətə cəlb olunmayıb

Bir sıra güc mərkəzləri Ermənistanı silahlandıraraq...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla