Yuxarı

Ermənistan üzr istəməlidir! – İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini də pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində deyilir.

"Ermənistan törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir", - Prezidentin müraciətində bildirilib.

Dövlət başçısının müraciətində qeyd olunub ki, münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın otuz illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır:

"Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilib".

Tarix
2024.10.02 / 11:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı - Foto

Ukraynada itkin düşmüş Azərbaycan vətəndaşları var

İran bazarlığa hazırlaşır: Proksilərini də, Rusiyanı da satacaq

Ermənilər Natiq Qasımovla bağlı bu məlumatdan imtina edir

İranın İsrailə hücumunun səbəbi... - Türk general

Ermənistanda buna görə bir nəfər də məsuliyyətə cəlb olunmayıb

Bir sıra güc mərkəzləri Ermənistanı silahlandıraraq...

İcma: Simonyanın Qərbi azərbaycanlılarla bağlı çıxışı...

Meksika prezidenti Azərbaycana təşəkkür etdi

XİN: ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla