Yuxarı

Qobuda hərbi sursatlar aşkar edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı, 5 ədəd 9-mmlik sursat, 11 ədəd 7,62-mmlik PS sursat, 14 ədəd 7,62-mmlik LPS sursat, 1 ədəd güllə sandığı ilə birlikdə AKM avtomat və 1 ədəd güllə sandığı ilə birlikdə Makarov tipli tapança olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Tarix
2024.10.02 / 12:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı - Foto

Ukraynada itkin düşmüş Azərbaycan vətəndaşları var

İran bazarlığa hazırlaşır: Proksilərini də, Rusiyanı da satacaq

Ermənilər Natiq Qasımovla bağlı bu məlumatdan imtina edir

İranın İsrailə hücumunun səbəbi... - Türk general

Ermənistan üzr istəməlidir! – İlham Əliyev

Ermənistanda buna görə bir nəfər də məsuliyyətə cəlb olunmayıb

Bir sıra güc mərkəzləri Ermənistanı silahlandıraraq...

İcma: Simonyanın Qərbi azərbaycanlılarla bağlı çıxışı...

Meksika prezidenti Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla