Yuxarı

Moskva Bakının bu töhfəsini heç vaxt unutmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva Bakının bu töhfəsini heç vaxt unutmayacaq

Rusiyanın təşəbbüsü ilə 2025-ci il MDB-də nasizmə qarşı mübarizədə “Sülh və birlik ili” elan edilib. Tezliklə bütün Birlik ölkələri bizim İkinci Dünya müharibəsində ümumi Qələbəmizin 80 illik yubileyini qeyd edəcəklər. Ötən iclasda bu məsələyə çox diqqət yetirildi.

Axar.az xəbər verir ki, bunu Azərtac-a Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

"Rusiya və Azərbaycanı artıq bir çox birgə yubiley tədbirləri gözləyir, onların bir çoxu, məsələn, “Yaddaş qatarı” fəal şəkildə həyata keçirilir. Bundan əlavə, Moskvada keçirilən görüşdə MDB məkanında hərbi abidələrin ümumi reyestrinin yaradılması zərurəti kimi yeni təkliflər də səslənib. Azərbaycanda, hamımızın bildiyi kimi, İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsi müqəddəs şəkildə ehtiramla yad edilir. Biz bu istiqamətdə birgə fəaliyyət göstərməliyik. Bundan əlavə, Vladimir Putin MDB-də “Əmək Şöhrəti Şəhəri” fəxri adının təsis edilməsi və onun Böyük Qələbənin əldə olunmasında, müharibənin çətin vaxtlarında cəbhədə və dinc əhaliyə köməklik göstərilməsində xüsusi xidmətləri olan Birlik şəhərlərinə verilməsi təşəbbüsü ilə çıxış edib. Tam əminəm ki, Bakı bu yüksək ada layiq görülən ilk şəhərlərdən biri olmalıdır. Müharibə illərində Bakı neftçiləri sadəcə əmək şücaəti deyil, əsl möcüzə göstərərək rekord neft hasilatını təmin ediblər. Bütün yanacağın demək olar ki, 80 faizi cəbhəyə Azərbaycan tərəfindən verilirdi, yəni, faktiki olaraq, hər on təyyarədən, tankdan, gəmidən səkkizi müharibə illərində Bakı neftinin məhsulları ilə işləyirdi. Bu, Azərbaycanın faşizm üzərində Böyük Qələbəyə həqiqətən əvəzsiz töhfəsi oldu və Rusiyada heç vaxt unudulmayacaq", - Savelyev qeyd edib.

Tarix
2024.10.12 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla