Yuxarı

Rusiya və ABŞ İrəvandan niyə bunu tələb etmir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə Rusiya, nə də ABŞ Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasını açıq tələb edir.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində politoloq Erkin Qədirli paylaşıb. Onun sözlərinə görə, Rusiya və ABŞ Qarabağı Azərbaycan ərazisi saydıqlarını ən yüksək səviyyədə deməyənə qədər Bakıya təklif edilən bütün sülh təkliflərinin hamısı onun maraqlarına xidmət etməyəcək:

"ABŞ və Rusiya Suriya razılaşması çərçivəsində Qolan yüksəkliklərinin Suriyaya qaytarılmasını İsraildən tələb edirlər. İsrail həmin yüksəklikləri 1967-ci ildə işğal edib, 1981-ci ildə rəsmən öz ərazisinə qatıb. İsrail yüksəklikləri qaytarmaqdan imtina edir. ABŞ-a və Rusiyaya etirazını bildirir, gərəkirsə hərbi yollara da əl atacağını deyir. Burası belə.

İndi baxın. İsrailin yaradılmasında Rusiyanın (o zamankı SSRİ-nin), İsrailin ayaqda qalmasında və inkişafında isə ABŞ-ın böyük rolu olub. İsrailin çağdaş tarixində danılmaz yeri olan bu iki dövlət İsraildən tələb edir ki, işğal etdiyi ərazilərdən çıxsın. Sözü nəyə gətirirəm?

Ermənistanın yaranmasında, ayaqda qalmasında və inkişafında böyük rolu Rusiya oynayıb. Rusiyanın hesabına Ermənistan burada dövlət ola bilib və bizim torpaqlarda oturub. Qarabağın Ermənistan tərəfindən işğal olunmasında da Rusiyanın rolu danılmazdır. Neçə vaxtdır buradakı münaqişənin həlli yollarından danışılır, "5+2" və başqa söhbətlər edilir, amma heç birində rəsmi səviyyədə Ermənistandan işğal etdiyi ərazilərimizdən çıxması tələb olunmur. Nə Rusiya, nə də ABŞ yüksək səviyyədə bunu Ermənistandan açıq tələb edir. Bütün söhbətlər gümanlar və şayiələr üzərində qurulur. Demək istədiyim budur ki, Rusiya və ya ABŞ özlərinin yüksək siyasi rəhbərliyi səviyyəsində Dağlıq Qarabağın Azərbaycan ərazisi saydıqlarını açıq şəkildə demədikləri müddət ərzində heç bir sülh təklifi ("mərhələli", "paket", "Madrid", "Kazan" və s.) bizim üçün uyğun ola bilməz".

Tarix
2016.04.18 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla