Yuxarı

Rusiya Qarabağı təcili qaytarır - Ayrumyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qarabağı təcili qaytarır - Ayrumyan

Erməni rəhbərliyini kapitulyasiya qərarına sövq etməyə cəhdi iqtidar partiyalarının həyəcanlı davranışında görmək olar.

Virtualaz.org xəbər verir ki, bu barədə erməni icmalçısı Naira Ayrumyan "Lragir.am" saytında yazır.

"Partiya sübut edib ki, ölkədə hakimiyyətini qoruyacağına dair zəmanət olduğu halda, ölkə və millət üçün ölümcül olan güzəştlərə getməyə hazırdır. Ermənistanın Respublika Partiyasının güzəştlərə getmədiyi halda, ölkədə "asayiş pozuntularının" baş vercəyinə dair siqnalların alması mümkündür", - yazıda bildirilir.

Siyasi icmalçının fikrincə, öz hakimiyyətini qorumaq üçün Ermənistanın Respublika Partiyası və digər erməni qüvvələri artıq bir sıra millət əleyhinə olan qərarlar qəbul ediblər: həm Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması, həm Aİ Asossiasiyasından imtina, həm Rusiya ilə İrandan daha ucuz qazın və üçüncü ölkələrdən "alternativ" silahın alınmasını qadağan edən məcburi müqavilələr.

N.Ayrumyan əminliklə bildirir ki, bu güzəştlər artıq son həddə çatıb və öz hakimiyyətini qorumaq üçün "son" güzəşt Qarabağ torpaqları ola bilər.

N.Ayrumyan Ermənistan üçün qənaətbəxş olmayan nəticələrə gəlib:

"Rusiya indi güclü pressinq aparır. Bir neçə dolayı addımı göstərmək olar – Putin erməniləri islam mobilləşməsi ilə qorxutmaq üçün Lukaşenkonu İslam Əməkdaşlıq Təşkilatının iclasına ezam edib. Rusiya deputatları İrəvana gələrək erməni həmkarları ilə müştərək bəyanata qol çəkməkdən imtina etdilər.

Pressinq güclənir, amma erməni hakimiyyəti bu haqda açıq bəyan etməkdən və başqa yerdə müttəfiq axtarmaqdansa, Ermənistanın alternativsizliyini bəyan edirlər. Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxarsa, biz müttəfiqsiz qalarıq, bunu xarici işlər nazirinin müavini Şavar Köçəryan bəyan edir. Yəni XİN Ermənistanı manevr məkanından məhrum edərək, başqa müttəfiqlərlə danışıqlar imkanını heç nəzərdən də keçirmir.

Əgər indiyə qədər Rusiya Qafqazda qalmaq üçün daima "sabitliyi" və Qarabağ münaqişəsinin həll edilməməsini dəstəkləyirdisə, indi Rusiya təcili olaraq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməlidir, əks halda, bu münaqişə onsuz həll ediləcək".

Tarix
2016.04.18 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla