Yuxarı

Azərbaycanda bu türkün məğlubiyyətinə niyə sevinirlər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovada ötən gün baş tutan prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Maya Sandu və sabiq baş prokuror Aleksandr Stoyanoğlu (Stoyanoqlo yox, məhz Stoyanoğlu) mübarizə aparırdı.

Nəticə artıq məlumdur: Maya Sandu rəqibini üstələyib və 55% səslə qalib gəlib.

Maya Sandunun qələbəsi Azərbaycanda bəzi sosial media fəallarının böyük sevincinə səbəb olub. Nəymiş? Moldovada demokratiya qalib gəlibmiş, diktaturaya yox deyilibmiş və s.

İş o yerə çatır ki, bəzi iri media qurumlarımız da Maya Sandunun “rusiyameyilli”, “diktator”, “avtoskeptik” Stoyanoğluna qalib gəlməsini vurğulayırlar və dolayısı ilə bunu alqışlayırlar. Zatən “rusiyameyilli” ifadəsi Azərbaycanda bir nəfərin siyasi karyerasına ictimai qınağı körükləmək üçün kifayətdir - nədənsə, “fransameyilli” haqda elə bir rəy yoxdur, halbuki “avropameyilli” anlayışının demokratiya, haqq, hüquq, bəşəri dəyərlər ehtiva etməsi artıq çoxdan tarixdə qalıb, təəssüf ki!

Niyə Stoyanoğlu haqda bu mənfi rəyi yaratmağa çalışır bizim sosial və digər media fəalları?

1. Moldovada seçkinin nəticəsi Azərbaycan üçün xüsusi önəm kəsb etmir – nə iqtisadi, nə siyasi, nə də ticari əlaqələrimiz, o cümlədən Moldovanın dünya siyasətində rolu o qədər deyil ki, bizim üçün bu seçkilər xüsusi əhəmiyyət daşısın;

2. Moldovanın daxilində keçirilən seçkilərdə 51,5% üstünlüklə Stoyanoğlu qalib gəlib. Yəni faktiki olaraq Moldova Stoyanoğlunu seçib. Maya Sandu yalnız və yalnız ölkədən kənardan – diaspordan gələn səslərin hesabına qalib gəldi. Təsadüfi deyil ki, Moldovanın çoxsaylı jurnalisti, siyasətçisi, politoqu Maya Sandunun Moldovanın deyil, “diasporun prezidenti” seçildiyini bildirirlər. Siz Moldovada yaşayanların seçiminə də hörmət etmirsiniz, demokratlar?

3. Ölkədən kənarda səsvermə qaydaları da ədalətə söykənmədi. Rusiyada yaşayan moldovalıların böyük əksəriyyətinin səs verməsinə imkan yaradılmadı: məsələn, Sankt-Peterburqda moldovalıların böyük bir icması olsa da, bu şəhərdə onların səs verməsi üçün məntəqə açılmadı – o cümlədən də Stoyanoğlunun elektoratı hesab edilən digər şəhərlərdə. Demokratiya anlayışı budurmu?

4. Aleksandr Stoyanoğlu 2019-cu ildə baş prokuror təyin edilib, 2020-ci ildə Maya Sandu onu vəzifəsindən azad edib, 2021-ci ildə korrupsiya ittihamı ilə həbs edilib, 2023-cü ildə Avropa Məhkəməsi onun bəraəti və təzminat tələbini təmin edib və Kişinyov məhkəməsi bu qərara uyğun qətnamə çıxarıb, Stoyanoğlu bəraət alıb. Bu, onu korrupsioner saymamaqla yanaşı, Maya Sandunun siyasi rəqibinə qarşı təzyiqinin göstəricisi kimi də qiymətləndirilə bilər. Hər bir halda ədalətinə inandığınız Avropa Məhkəməsinin qərarıdır. Bu halda onu korrupsioner adlandırmaq ədalətlidirmi?

5. Stoyanoğlu etnik qaqauzdur, Qaqauz Elindən 96% səs almış liderdir və demək, türklərin birmənalı dəstəklədiyi şəxsdir. Biz niyə türk toplumunun dəstəklədiyi namizədi ən tünd boyalarla qaralamalı və onun rəqibinin qələbəsinə sevinməliyik ki?

6. Qaqauz Elini Rusiya birmənalı olaraq dəstəkləyir, ona görə də o toplum rusiyameyillidir, çünki “ayaqda qalma” stimuludur. Türkiyə nə vaxt Qaqauz Elinə birmənalı dəstək verdi ki, qaqauzlar, Stoyanoğlu “türkmeyilli” olmadı?

7. AB-nin bütün göstərişlərini baş üstündə icra edən Maya Sandu Brüsselin Bakıya ədalətsiz təzyiqlərində, sizcə, kimin yanında olacaq: haqqın, yoxsa Qərb maraqlarının? Stoyanoğlu bu baxımdan daha iradəli deyildimi?

Azərbaycanı sevən, Şuşaya gedən, hər zaman sözünü deməyi bacaran Viktor Orban da nədənsə “xoşunuza” gəlmir, indi də Avropadakı yeni bir türk liderə qəribə bir sevgisizlik göstərirsiniz.

Turan – ilk növbədə düşüncədə, beyində, dünyagörüşdə formalaşmalıdır...

Tarix
2024.11.04 / 14:31
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla