Yuxarı

Əliyev, Ərdoğan və Tramp: Qafqazda, görün, nələr olacaq…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyev məhz Donald Trampa stavka etmişdi. Cənab prezident çıxışlarında açıq mətnlə demokratların əleyhinə, respublikaçıların isə lehinə fikirlər səsləndirmişdi. Bəli, bu dəfə Azərbaycan iqtidarı açıq oynayırdı...

Axar.az xəbər verir ki, bunu Avropada yaşayan jurnalist Elbəyi Həsənli deyib.

“Demokratları təmsil edən Prezident Co Bayden öncə qondarma erməni soyqırımını tanıdı, 2023-cü ildə isə - 23 illik fasilədən sonra ermənilərin sifarişi ilə bədnam 907-ci düzəlişi yenidən "diriltdi". Bundan sonra isə Azərbaycanla ABŞ arasındakı münasibətlər dalana dirəndi.

Niyə Tramp qalib gəldi? Çünki Rusiya-Ukrayna müharibəsini yalnız o durdura bilərdi. Amerika xalqı sülhə səs verdi.

Azərbaycan üçün də Donald Trampın seçilməsi son dərəcə önəmlidir. Təsadüfi deyildi ki, erməni analitiklər sülh müqaviləsini imzalamaq üçün İlham Əliyevin Donald Trampı gözlədiyini yazırdılar.

Donald Trampın qələbəsi Azərbaycan üçün Türkiyədə Tayyib Ərdoğanın qələbəsi qədər önəmlidir. Aydındır ki, Ərdoğan olmasaydı, yəni Türkiyə Azərbaycanın arxasında dayanmasaydı, rəsmi Bakı 2023-cü ildə Qarabağı erməni separatçılarından təmizləyə bilməzdi.

Donald Trampın gəlişi Co Bayden administrasiyasına güvənən Nikol Paşinyanı pis vəziyyətdə qoydu. Heç şübhəsiz ki, bundan sonra Azərbaycan Ermənistana qarşı daha sərt mövqedən çıxış edəcək və daha çox güzəşt qoparmaqda israrlı olacaq.

Ən önəmlisi isə odur ki, Donald Trampın gəlişi Zəngəzur dəhlizinin açılışına yaşıl işıq yandıracaq.

Donald Trampın qələbəsi ən çox İranı məyus edəcək. Çünki Donald Tramp radikal şəkildə İsrailin yanındadır. Xatırladım ki, o, prezident kimi 2017-ci ilin dekabrında Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyıb. 2018-ci ilin mayında isə Donald Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan etdi.

Orasını da deyim ki, Kamala Harrisin prezident seçilməsi üçün Amerikadakı erməni lobbisi var gücünü işə salmışdı. Təbii ki, Amerikadakı yəhudi lobbisi ermənilərdən qat-qat güclüdür. Yəhudi lobbisi bir daha öz məharətini göstərdi.

O da aydındır ki, bu qələbə Rusiyanı - Vladimir Putini son dərəcə sevindirdi. Cənab Putinin Rusiya-Ukrayna müharibəsini rəsmi Moskva üçün münasib şərtlər daxilində bitirmək imkanları kəskin şəkildə artdı.

Türkiyə Prezidenti Tayyib Ərdoğanla Donald Trampın şəxsi münasibətləri də yüksək səviyyədədir. Cənab Ərdoğan prezident seçkisi ərəfəsində Donald Trampa dönə-dönə dəstək verib.

Bu sırada Macarıstanın baş naziri xüsusi yer tutur. O, birmənalı mövqe sərgiləyib: “Mən 2016-cı il seçkilərində ABŞ-nin keçmiş prezidenti Trampı dəstəkləmişəm. İndi də onu dəstəkləyirəm”.

V.Orban bildirib ki, Tramp ABŞ-ın ən uğurlu prezidentlərindən biridir: “Əgər 2022-ci ildə o, hakimiyyətdə olsaydı, müharibə başlamazdı. Mən buna əminəm”.

Azərbaycanla yanaşı onun müttəfiqlərinin də beynəlxalq siyasi arenada mövqeləri ciddi şəkildə gücləndi.

Azərbaycan və Türkiyə üçün xeyirli-uğurlu olsun”, - Elbəyi Həsənli bildirib.

Tarix
2024.11.06 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bu DSK-ların tərkibində dəyişiklik edildi

Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı açıqlama

Tramp qalib gəldi: İndi əsas sual...

Azərbaycanla möhkəm tərəfdaşlıq… - Kobaxidze

Əliyev Trampa məktubunda bunu xüsusi qeyd etdi

İlham Əliyev Trampı təbrik etdi

Ümid edirik ki, Azərbaycan bunu edəcək - Ərdoğan

TDT-nin yeni bayrağı qəbul edildi - Foto

Qalib gələn Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

Dünya liderləri Trampı belə təbrik edir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla