Yuxarı

Bu tarixlərdə metro saat 5-də açılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29 dövründə Bakı metropolitenində gücləndirilmiş iş rejiminin xüsusiyyəti dəyişdiriləcək.

Axar.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, stansiyalar 3 gün sərnişinlərin girişinə səhər saat 5-də açılacaq:

“Dünyanın ən mötəbər tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar "Bakı metropoliteni"ndə gücləndirilmiş iş rejiminin xüsusiyyətlərinə dəyişiklik ediləcək.

Tədbir dövründə Bakı Metropoliteni QSC-nin rəhbərliyi və əməkdaşlarının ənənəvi növbətçilik cədvəlindən əlavə olaraq, stansiyalar və sahələr üzrə təhkim olunmuş əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd ehtiyac yaranacağı təqdirdə, sərnişin axını istiqamətlərini tənzimləmək, mühəndis-texniki qurğuların fəaliyyəti ilə bağlı operativ qərarların qəbulunu daha da sürətləndirmək və digər zəruri tədbirləri görməkdir.

Sərnişinlərin COP29 məkanlarına, eləcə də, stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətlər üzrə hərəkətini daha rahat təşkil etmək, Bakı metropolitenindən istifadə, gediş haqqının ödənilməsi və digər qaydalar barədə maarifləndirmə işini qurmaq məqsədilə 10 metropoliten stansiyasında COP29 Əməliyyat Şirkətinin təşkil etdiyi könüllülər hərəkatının üzvləri növbəli rejimdə fəaliyyət göstərəcəklər.

COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən, noyabrın 11-13-də Bakı metropoliteninin stansiyaları səhər saat 05:00-dan sərnişinlərin girişinə açıq olacaq. Bununla yanaşı, həmin günlər ölkəmizdə qeyri-iş günü elan edilsə də, Bakı metropolitenində qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq. Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-dək, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə təşkil edəcək.

Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Qeyd edək ki, bu, Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə adi iş günlərində tətbiq olunan mümkün ən optimal hərəkət qrafikidir.

“Həzi Aslanov-28 May” sahəsində interval günorta vaxtı 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək. İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək: saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal-8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib.

"Bakmil" stansiyasına və əksinə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək.

COP29-un keçiriləcəyi digər günlər ərzində Bakı metropolitenində qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək”, - deyə sədr müavini qeyd edib.

Tarix
2024.11.06 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bu DSK-ların tərkibində dəyişiklik edildi

Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı açıqlama

Əliyev, Ərdoğan və Tramp: Qafqazda, görün, nələr olacaq…

Tramp qalib gəldi: İndi əsas sual...

Azərbaycanla möhkəm tərəfdaşlıq… - Kobaxidze

Əliyev Trampa məktubunda bunu xüsusi qeyd etdi

İlham Əliyev Trampı təbrik etdi

Ümid edirik ki, Azərbaycan bunu edəcək - Ərdoğan

TDT-nin yeni bayrağı qəbul edildi - Foto

Qalib gələn Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla