Yuxarı

Azərbaycanda general vəkil kimi fəaliyyətə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının keçmiş rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev vəkil kimi fəaliyyətə başlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin noyabrın 4-də keçirilən iclasında hüquq elmləri doktoru Nazim Əliyevin VK üzvlüyünə qəbul olunması məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.

İclasda Polis Akademiyasının sabiq rəisinə vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Qeyd edək ki, 1983-cü ildən daxili işlər orqanlarında çalışmış Nazim Əliyev 2011-2020-ci illərdə DİN-in Polis Akademiyasının rəisi vəzifəsində xidmət edib.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

O, hüquq üzrə elmlər doktoru, 42 elmi-məqalənin, 2 dərs vəsaitinin və 1 monoqrafiyanın müəllifidir.

Tarix
2024.11.06 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Sadıqov məni yanına çağıraraq dedi ki... - Şlyapa Zahid

İlham Əliyevin Bişkek səfəri başa çatdı - Foto

Bu azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - Quterreş

Bu DSK-ların tərkibində dəyişiklik edildi

Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı açıqlama

Əliyev, Ərdoğan və Tramp: Qafqazda, görün, nələr olacaq…

Tramp qalib gəldi: İndi əsas sual...

Azərbaycanla möhkəm tərəfdaşlıq… - Kobaxidze

Əliyev Trampa məktubunda bunu xüsusi qeyd etdi

İlham Əliyev Trampı təbrik etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla