Yuxarı

Tramp qalib gəldi: İndi əsas sual...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp qalib gəldi: indi əsas sual geosiyasi müstəvidə nələrin dəyişə biləcəyidir. Trampın ABŞ prezidenti olduğu dövrdə izlədiyi xəttə və seçkiöncəsi verdiyi bəyanatlara, o cümlədən respublikaçıların siyasi yanaşmalarına istinadən müəyyən təxminlər irəli sürmək mümkündür:

1. Ukrayna müharibəsində Rusiyanın mövqeyi güclənə, Kiyev “güzəştli sülhə” məcbur edilə bilər: respublikaçıların əvvəldən dəstəklədiyi xətt ABŞ-ın Ukraynaya yardımı azaltmasıdır və bu, cəbhədə onsuz da çətin vəziyyətdə olan Kiyev üçün riskli perspektiv vəd edir; təslim olmayan Zelenskinin dəyişdirilməsi ssenarisi də gündəmə gələ bilər, hərçənd, prosesin döyüş meydanından masaya keçməsi yaxın dövr üçün çətin görünür, əvəzində Ukraynada və Ukrayna ətrafında müharibəyə paralel olaraq, siyasi qarşıdurma güclənə bilər;

2. Yaxın Şərqdə toqquşma daha da güclənə, İran ətrafında eskalasiya riskləri arta bilər: Ağ Evdə olarkən İranla nüvə danışıqlarını ləğv edən Tramp Təl-Əvivin Tehrana qarşı siyasətinin əsas dəstəkçisidir; istisna deyil ki, İsrail İrana hücumlarını intensivləşdirə, Tehranı birbaşa müharibəyə cəlb etmək istiqamətində müəyyən nəticələr əldə edə bilər.

Beləliklə, Ukraynada səngiməsi gözlənilən müharibənin Yaxın Şərqdə daha da alovlanacağını görə bilərik;

3. Trampın Ağ Evə qayıdışı Avropada ciddi çalxalanma yarada bilər:

- Avropada millətçilik güclənəcək: Tramp ilk dəfə seçiləndə - 2016-cı ildən sonra qitədə ultra-sağçıların yüksəliş dövrü başlamışdı; Baydenin dövründə mövqeləri zəifləyən bu kəsim Trampın ikinci dəfə prezidentliyə namizədliyini açıqladıqdan sonra yenidən aktivləşdi, hətta Almaniya və Fransada nəzərəçarpan nəticələr əldə etdilər;

- Ultra-sağçıların yüksəlişi Avropa İttifaqında, həmçinin NATO-da birliyə risklər yarada bilər;

- “Avropa ordusu”nun yaradılması, Avropanın NATO-dan kənar təhlükəsizlik sisteminin qurulması ideyalarının yenidən aktuallaşması gözləniləndir;

4. Tramp ABŞ-ın strateji rəqibinə - Çinə qarşı mübarizəni gücləndirəcək, xüsusilə “iqtisadi müharibə” taktikasını yenidən işə sala bilər, hərçənd, bu mübarizədə demokratlardan fərqli olaraq, Rusiya ilə əməkdaşlıq, ən azı qarşıdurmadan qaçmaq xəttini izləyə bilər.

Azərbaycan üçün ən önəmli məsələ Trampın Ermənistana və erməni diasporu/lobbisinə münasibətidir. Onun prezidentliyi dövrü (2016-2020) ermənilər üçün müsbət xatirələrlə yadda qalmayıb. Seçki kampaniyasında “xristianların qovulması” və I Arama zəngi isə ermənilərdə müəyyən ümidlər yaratsa da, hər şeyin seçkiyə hesablandığı ehtimalı daha böyükdür. Ağ Evə qayıdan Trampın Cənubi Qafqazda mövqelərini qoruması böyük ölçüdə Azərbaycanla münasibətlərdən asılı olacaq.

Tarix
2024.11.06 / 14:58
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bu DSK-ların tərkibində dəyişiklik edildi

Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı açıqlama

Əliyev, Ərdoğan və Tramp: Qafqazda, görün, nələr olacaq…

Azərbaycanla möhkəm tərəfdaşlıq… - Kobaxidze

Əliyev Trampa məktubunda bunu xüsusi qeyd etdi

İlham Əliyev Trampı təbrik etdi

Ümid edirik ki, Azərbaycan bunu edəcək - Ərdoğan

TDT-nin yeni bayrağı qəbul edildi - Foto

Qalib gələn Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

Dünya liderləri Trampı belə təbrik edir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla